Daha 110 aptekdə yoxlama aparılıb

Daha 110 aptekdə yoxlama aparılıb

İQTİSADİYYAT

Bugün, 14:10

Azərbaycanda sentyabr ayı ərzində ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 105-i planlı, 5-i plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1, 452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR