"Daltons" şəbəkəsinə qarşı 14 şəhərdə eyni anda əməliyyat başladı: saxlanılanlar arasında uşaqlar da var!

\"Daltons\" şəbəkəsinə qarşı 14 şəhərdə eyni anda əməliyyat başladı: saxlanılanlar arasında uşaqlar da var!

KRİMİNAL

Bugün, 20:43

Türkiyədə əsasən azyaşlılardan ibarət olan məşhur "Daltons" kriminal şəbəkəsinə qarşı 14 şəhərdə eyni anda əməliyyat başlayıb.

Mia.az Türkiyə mediasına istinadla bildirir ki, Ankaranın Çankaya rayonunda sentyabrın 30-da bir iş yerinin gülləbaran edilməsində adının hallanmasından sonra kriminal dəstəyə qarşı əməliyyat düyməsi basılıb.

Məlumata əsasən, bu gün şəbəkənin 33 aktiv üzvü saxlanılıb.

"Təəssüf ki, onlardan 12-si uşaqdır. Əməliyyatlar davam edir", - deyə Ankara Baş Prokurorluğunun məlumatında deyilir.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR