ABŞ-da 60 ildən sonra bir ilk: 13 əsgəri öldürən psixiatr güllələnəcək - Tramp edamı təsdiqlədi

ABŞ-da 60 ildən sonra bir ilk: 13 əsgəri öldürən psixiatr güllələnəcək - Tramp edamı təsdiqlədi

DÜNYA

Bugün, 18:17

ABŞ-da 2009-cu ildə hərbi bazada qətliam törədən ordu psixiatrı Nidal Həsən güllələnəcək.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu, son 60 ildə ölkədə ilk tətbiq ediləcək edam cəzası olacaq.

Məlumata görə, ABŞ lideri Donald Tramp edam cəzasını qanunauyğun olaraq təsdiqləyib.

Xatırladaq ki, 56 yaşlı Həsən 2009-cü ildə Texasdakı Fort Hudd hərbi bazasında 13 əsgəri qəsdən öldürüb, 32 nəfəri isə yaralayıb.

Pentaqon sözçüsü Şon Parnell bildirib ki, tam adı Nidal Malik Həsən olan psixiatr güllələnəcək.

Yeri gəlmişkən, o, qətliam törədən zaman açılan atəş nəticəsində o vaxtdan iflic qalıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR