ÜÇ ÖLKƏ İRANA QARŞI BİRLƏŞİR, YOXSA... - Yəmən Məkkə Sazişi ölkələri üçün ilk ciddi sınaqdır (TƏHLİL)
SİYASƏT
Bugün, 12:13
“Məkkə Sazişi”nə qoşulan Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə və Pakistan birgə müdafiə öhdəliklərinin icrasına başlamaq və hərbi qüvvələri Krallığın ərazisində yerləşdirmək barədə razılığa gəliblər.
Tərəflər birgə müdafiə mexanizmlərinin praktiki şəkildə tətbiqinə dərhal başlanılması barədə qərar qəbul ediblər. Bununla yanaşı, razılaşdırılmış silahlı qüvvələrin və hərbi imkanların təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi və qoşunların Krallıq ərazisində mümkün qədər qısa müddətdə yerləşdirilməsi nəzərdə tutulur.
Əslində, bu, gözlənilən idi. Daha doğrusu, husilərin Səudiyyə Ərəbistanının tələsinə düşdüyünü demək də olar. Belə ki, qərarın qəbul edilməsinə əsas səbəblərdən biri husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları artırması olub.
Yəməndə husilərlə hökumət qüvvələri arasında son günlər döyüşlər şiddətlənib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Hərbi Dəniz Qüvvələri Yəmənin Əl-Hudeydə əyalətində husilərə məxsus hədəflərə zərbələr endirib. Husilər isə Ər-Riyad hava limanına və Qırmızı dəniz sahilindəki “Saudi Aramco” neft emalı zavoduna raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçiriblər.
Husilərin xüsusilə Ər-Riyad hava limanına və “Saudi Aramco” neft emalı zavoduna hücumlar həyata keçirməsi “Məkkə Sazişi” ölkələrinin prosesə qoşulması üçün əsas yaradır. Çünki “Məkkə Sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilib. Yəni husilərin Səudiyyə Ərəbistanına hücumu Türkiyə və Pakistana da hücum deməkdir.
Ankara və İslamabadın prosesə qoşulması Yəməndə vəziyyəti əsaslı surətdə dəyişəcək.
Birincisi, Yəmən hökumət qüvvələri bu günə qədər husilərə üstünlük qura bilmir, hətta geri çəkilirdi. Bunun ən sadə səbəbi hökumət qüvvələrinin fərqli silahlı və siyasi qruplardan təşkil olunması və vahid komandanlığın olmaması idi. Hətta Səudiyyə Ərəbistanı belə bu qüvvələri istənilən şəkildə bir araya gətirə bilməmişdi. Lakin Türkiyə və Pakistanın prosesə qoşulması bu məsələni əsaslı surətdə həll edəcək. Müqayisə üçün deyim ki, Ankara Suriyada bunu çox peşəkarcasına etdi və beləcə, vətəndaş müharibəsini bitirdi. Yəni Suriyadakı ssenari Yəməndə də təkrarlana bilər.
İkincisi, husilər daha çox dağlıq ərazilərdə möhkəmlənib və gerilla savaşını çox yaxşı bacarır. Ankara və İslamabad bu məsələdə öz sözünü deyə bilər. Çünki iki ölkədə də dağlıq ərazilər var və uzun illərdir bu ərazilərdə terrorla mübarizə aparırlar. Yəni həm husilərin məğlub edilməsi, həm də hökumət qüvvələrinin gerilla savaşı üçün hazırlanması mümkündür.
Üçüncüsü, Türkiyə və Pakistanın prosesə qoşulması husilərə dəstək verən İran faktorunu müəyyən qədər neytrallaşdıra bilər. Məlum olduğu kimi, hərəkatın son əməliyyatları fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç yüksək rütbəli zabiti və bir neçə dron mütəxəssisinin paytaxt Sənaya gəldiyinə dair məlumatlar var idi.
Hesab edirəm ki, Türkiyə və Pakistanın prosesə qoşulması təkcə Səudiyyə Ərəbistanının müdafiəsi ilə məhdudlaşmayacaq, husilərin Yəməndə məğlub olub sabitliyin təmin olunmasına qədər davam edəcək. Yəməndə sabitlik təmin olunduqdan sonra isə istisna deyil ki, bu ölkə Məkkə Sazişinin bir parçası olacaq. Çünki strateji əhəmiyyətə malik Babül-Məndəb boğazının təhlükəsizliyini qorumaq üçün Yəməndə sabitlik şərtdir.
Yəmən Məkkə Sazişi ölkələri üçün ilk ciddi sınaqdır.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TƏBİB rəhbəri Ukraynadan Azərbaycana kadr gətirdi - Mərkəzin yeni direktoru kimdir? + FOTO
Bugün, 13:30 CƏMİYYƏT
-
"Palmalı" həlak olanlar barədə açıqlama yaydı: "Həlak olanların ailələrinə hər cür dəstək göstərilib"
Bugün, 13:15 SİYASƏT
-
Direktordan şok istefa: "TƏBİB-in yeni rəhbəri ilə işləmək istəmirəm"
Bugün, 12:48 CƏMİYYƏT
-
Türkiyədə daha bir unikal olay - İki türk amerikalı qadın zabitə sataşdı və...
Bugün, 12:46 DÜNYA
-
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:41 CƏMİYYƏT
-
Petek Dinçöz imicini dəyişdi - 36 il əvvələ geridönüş + FOTO
Bugün, 12:27 ŞOU-BİZNES
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM
-
ÜÇ ÖLKƏ İRANA QARŞI BİRLƏŞİR, YOXSA... - Yəmən Məkkə Sazişi ölkələri üçün ilk ciddi sınaqdır (TƏHLİL)
Bugün, 12:13 SİYASƏT
-
Qubada iki keçmiş məhkum 19 kq narkotiklə saxlanılıb
Bugün, 11:58 KRİMİNAL
-
Anam məni danladı...
Bugün, 11:42 YAZARLAR
-
İstanbulda orta məktəbdə bir qız 7 şagirdi bıçaqladı
Bugün, 11:15 KRİMİNAL
-
Allahşükür Paşazadənin 40 il əvvələ aid görüntüsü paylaşıldı - VİDEO
Bugün, 11:04 SİYASƏT
-
Hidayət Heydərov DÇ-də: ilk qələbə qazanıldı (Yenilənib)
Bugün, 10:55 İDMAN
-
Quba sakini dəm qazından boğulub
Bugün, 10:50 CƏMİYYƏT
-
Bakıda 14 yaşlı qızın intim görüntülərini yayan 26 yaşlı şəxsə hökm oxundu
Bugün, 10:19 KRİMİNAL
-
Nazir təhdid etdi, sərt cavab gecikmədi: "Dəlilik edərsəniz, ölkəniz yer üzündə qalmayacaq"
Bugün, 10:13 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 10:07 GÜNDƏM
-
Vəkillər "mygov ID" vahid giriş altsistemi yaradıldı
Bugün, 10:03 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 10:00 İQTİSADİYYAT
-
DÜNYANIN ƏN BAHALI FUTBOLÇULARI: aralarında bir türk də var - SİYAHI
Bugün, 09:51 İDMAN
-
Penitensiar Xidmətdə gözlənilməz əməliyyat - Kadrlar İdarəsinin sabiq rəisi saxlanıldı
Bugün, 09:36 CƏMİYYƏT
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bugün, 09:21 İQTİSADİYYAT
-
Braziliyada 23 yaşlı qadın bloger yoxa çıxıb - Güllələndiyi deyilir, ancaq meyiti də tapımır
Bugün, 09:13 PRESS
-
İzmirdə CHP-li sabiq bələdiyyə sədri və 45 nəfər saxlanıldı
Bugün, 09:04 DÜNYA
-
UEFA Millətlər Liqası: Türkiyə yenə uduzdu
Bugün, 00:44 İDMAN
-
Arvadının barəsində korrupsiya ittihamı olan Baş nazir siyasi karyerasını "qumar"a qoydu - Növbədənkənar seçkiyə qərar verildi
Bugün, 00:40 DÜNYA
-
Məşhur model tədbirə velosipedlə getdi - Əvvəl təmizlədi, sonra əlcək taxtdı (FOTO)
Bugün, 00:12 ŞOU-BİZNES
-
TÜRKİYƏ VƏ PAKİSTAN ƏR-RİYADA HƏRBİ BÖLMƏLƏR YERLƏŞDİRİR - Husilərə qarşı yeni plan işə salınır?
Bugün, 00:07 GÜNDƏM
-
Hakim həbsindən əvvəl məhkəmədə nə deyib? - İfadəsi yayıldı
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Ankaradan qalxan sərnişin təyyarəsində bomba həyəcanı qorxu yaratdı
05.10.2026, 23:55 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ Dövlət katibi telefonda danışdı: strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və... - XİN açıqladı
05.10.2026, 20:44 GÜNDƏM
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR
05.10.2026, 18:36 GÜNDƏM
-
Generalla bağlı qərar verildi
05.10.2026, 18:30 SİYASƏT