YAP-da gözlənilməz dəyişiklik - Komitə sədri İdarə Heyətindən niyə kənarlaşdırıldı?
SİYASƏT
04.10.2026, 16:53
Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Qurultay Azərbaycanın suverenliyinin tam bərpasından sonrakı dövrə təsadüf etmiş oldu. Qurultayda partiyanın İdarə Heyətinin yeni tərkibi də müəyyənləşdi, 40 nəfərdən ibarət İdarə Heyəti yekdilliklə təsdiqləndi.
Əvvəlki tərkibin siyahısından 5 nəfər çıxarıldı, onların yerinə 5 yeni ad daxil edildi - İdarə Heyətinin əvvəlki tərkibində yer alan Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov və Rövşən Bayramov yeni siyahıya düşmədilər. Onların əvəzinə isə başqa funksionerlər İdarə Heyətinə daxil edildilər.
V.Talıbov, C.Osmanov, E.Mirbəşir və R.Bayramovun yeni İdarə Heyətində yer almaması gözlənilən dəyişiklik kimi qiymətləndirilə bilər. Lakin Ramin Məmmədovun siyahıdan çıxarılması eyni məntiqlə izah oluna bilməz. Üstəlik, məsələ yalnız onun İdarə Heyətindən çıxarılması ilə bitmir. R.Məmmədov hətta VIII Qurultaya nümayəndə seçilməyib. Deməli, məsələ daha ciddidir.
Təbii olaraq sual yaranır: nə baş verib ki, R.Məmmədov kənarda saxlanılıb?
Ramin Məmmədov hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir. O, 2024-cü ilin aprelində bu vəzifəyə təyin edilib və fəaliyyətini davam etdirir.
YAP İdarə Heyətinin 40 nəfərdən ibarət olan yeni tərkibində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın adı da var. Deməli, məsələ sadəcə “komitə sədrləri YAP İdarə Heyətinə daxil edilmir” kontekstində şərh oluna bilməz. Çünki belə bir prinsip olsaydı, B.Muradovanın da adı yeni tərkibdə olmamalı idi. Yəni dövlət komitəsinə rəhbərlik etmək YAP İdarə Heyətində təmsil olunmaq üçün hüquqi maneə deyil. Elə isə R.Məmmədovun vəziyyətini fərqləndirən nədir? Deməli, söhbət adi kadr dəyişikliklərindən deyil, konkret siyasi qərardan gedir. R.Məmmədovun həm İdarə Heyətindən çıxarılması, həm də qurultaya nümayəndə seçilməməsi bu qərarın ayrıca diqqətə alınmasını tələb edir.
R.Məmmədovun hakim partiyanın rəhbər strukturundan kənarlaşdırılması onun ardıcıl şəkildə siyasi səhvlərə yolverməsi ilə bağlıdır. Komitə sədri vəzifəsinə təyin olunandan sonra onun qeyri-adi şəkildə vəzifə eyforiyasına qapıldığı bildirilir. Hakim komandada və dövlət aparatında R.Məmmədova qarşı etimadsızlığın yaranmasının əsas səbəblərindən biri onun özündən əvvəlki sədr Mübariz Qurbanlının fəaliyyəti ilə bağlı yoxlama həyata keçirməsidir. Şübhəsiz ki, Mübariz Qurbanlı da digər məmurlar kimi büdcə pullarını oğurlamaqla varlanıb. Lakin burada məsələ tamam başqadır. R.Məmmədovun siyasi yüksəlişində, YAP daxilində böyüməsində M.Qurbanlının böyük rolu olub.
Buna baxmayaraq, sonradan R.Məmmədovun məhz onun fəaliyyətinin araşdırılmasına təşəbbüs göstərməsi hakim komanda daxilində nankorluq kimi qiymətləndirilib.
R.Məmmədovun özü də uzun illər müxtəlif maliyyə maxinasiyalarının içərisində olmaqda ittiham edilib. Bu baxımdan, özündən əvvəlki sədrin fəaliyyətini yoxlatdırması hüquqi və mənəvi baxımdan ziddiyyətli görünür. Siyasi hakimiyyət daxilində bu addımın necə qəbul edildiyini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır.
Mən R.Məmmədovu YAP-dan tanıyıram. Tanıyanlar bilirlər ki, o, YAP-da daha çox yaltaq adam kimi məşhurlaşıb.
Əldə etdiyim məlumatlar da onu deməyə əsas verir ki, R.Məmmədovun YAP İdarə Heyətindəki mövqeyini itirməsinin əsas səbəbi son dövrlərdə yol verdiyi ciddi səhvlər, hakim siyasi komandaya münasibətdə nümayiş etdirdiyi təkəbbür və vəzifə eyforiyasına qapılmasıdır. Onun Komitə sədri vəzifəsinə təyinatından sonra radikal dönüş edərək, vaxtilə yaltaqlandığı adamlardan üz döndərməsi, vəzifə eyforiyasına qapılması, xüsusi təkəbbür nümayiş etdirməsi və hazırkı karyeraya sahib olmasına dəstək olan şəxslərə qarşı etinasızlığı İdarə Heyətindən qovulmasının əsas səbəbləri sırasındadır.
Daha konkret şəkildə ifadə etsək, yaltaqlaq üzrə ixtisaslaşan, daha çox məhz bu keyfiyyətinə görə yüksək vəzifəyə təyin olunan R.Məmmədov bu dəfə yaltaqlanmadığına görə etimaddan kənarda saxlanılıb. Məntiq izah edir ki, partiyada onu başqa cür təsəvvür edə bilmirlər. Bu yaltaqlıq o həddə çatıb ki, R.Məmmədovun siyasi portreti uzun müddət məhz bu xüsusiyyət üzərində formalaşıb.
R.Məmmədovun siyasi yüksəlişinin əvvəlki mərhələsinə nəzər salanda onun Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun əsas adamlarından biri kimi önə çıxdığını görürük. İbrahimov-Məmmədov cütlüyünün Diaspora Komitəsində yaratdığı iyrənc mühit barədə isə danışmağa dəyməz. Sonrakı mərhələdə isə onun hakim komanda daxilində qorunması və önə çəkilməsi Əli Əhmədov və Ramiz Mehdiyevin dəstəyi ilə mümkün olub.
R.Məmmədov 2023-cü ildə Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan arasında aparılan təmas və müzakirələrdə əsas rəsmi simalardan biri olub. Əslində onun “vəzifə başgicəllənməsi” məhz bu dövrdən start götürüb. Ətrafındakı insanlara tezliklə Qərbi Azərbaycan İcmasının sədri olacağını da deyirdi.
O, başa düşmür ki, vaxtilə yuxuda gördüyü, əlçatmaz hesab etdiyi şəxslərlə bu gün telefonda danışması, görüşməsi və eyni masada oturması onun şəxsi keyfiyyətləri ilə deyil, daşıdığı vəzifə ilə bağlıdır. Amma bütün bunlar onda öz siyasi çəkisinin olduğundan daha böyük olduğu qənaəti yaradıb.
Samir Feyruzov.
P.S. Yazı müəllifin Feysbuk-dakı hesabından götürülüb!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
Bugün, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
Bugün, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
Bugün, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
Bugün, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
Bugün, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Bugün, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
Bugün, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
Bugün, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
Bugün, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL
-
“İrşad Electronics”in satış şöbəsinin rəhbərinə cinayət işi açılıb
09.10.2026, 17:12 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
09.10.2026, 17:00 İQTİSADİYYAT
-
Brazilya ilk qırıcısını sınaqdan çıxardı - FOTOLAR
09.10.2026, 16:56 DÜNYA
-
Səudiyyə Ərəbistanı: "Bab əl-Məndəb boğazı husi üsyançılarından tam təmizləndi"
09.10.2026, 16:27 DÜNYA
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026, 16:27 GÜNDƏM
-
Məktəblərdə vahid geyim formaları ilə bağlı monitorinq aparılacaq
09.10.2026, 16:16 GÜNDƏM
-
Azərbaycan və İran prezidentləri görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
09.10.2026, 15:57 GÜNDƏM
-
Həbsdə olan jurnalistlər bəraət istədilər: "Onsuz da bizi elə linç edibsiz ki, buraxsanız belə, evdən çıxa bilməyəcəyik" - Məhkəmə iclası
09.10.2026, 15:40 PRESS
-
Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTOLAR (YENİLƏNİB)
09.10.2026, 15:29 GÜNDƏM
-
Müğənni Afət Fərmanqızı 7 min manat cərimələndi - Məhkəmə qərarı
09.10.2026, 15:18 ŞOU-BİZNES