İstanbulda daha bir skandal: bir qrup hakim və prokurora cinayət işi açılıb, bir deputatın isə...

İstanbulda daha bir skandal: bir qrup hakim və prokurora cinayət işi açılıb, bir deputatın isə...

SİYASƏT

Bugün, 09:01

İstanbulda bir qrup hakim və prokurora cinayət işi açılıb, bir deputatın isə mandatına təhlükə yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  İstanbulun Bakırköy rayon Prokurorluğu tərəfindən aparılan rüşvət istintaqı çərçivəsində bəzi cinayət və mülki işləri tərəflərdən birinin xeyrinə pul qarşılığına həll edən hakim və prokurorların kimliyi müəyyənləşib.

Məlumata əsasən, prokurorluq hələlik bu cinayət işi üzrə 8 şübhəlini qandallayıb: "Onlardan 5-i hakim, biri dövlət ittihamçısı olub. Digər şəxs isə İstanbul 4-cü İcra Hüquq Məhkəməsinin sabiq hakimi, hazırda vəkillik edən B.K. olub..."

Məlumatda ən çox diqqət çəkən isə İYİ Partiyasının Kocaelidən olan deputatı Lütfü Türkkanın da adının bu sknadlada hallanmasıdır. İddiaya görə, o, bir işi rüşvət yolu ilə öz xeyirinə həllinə nail olub.

Bakırköy Baş Prokurorluğundan bildirilib ki, deputatın toxunulmazlığı olduğundan onunla bağlı detallar cinayət işindən ayrılaraq paytaxta - Ankara prokurorluğuna göndərilib.

F.SƏFƏRLİ

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR