Hakim həbsindən əvvəl məhkəmədə nə deyib? - İfadəsi yayıldı

Hakim həbsindən əvvəl  məhkəmədə nə deyib? - İfadəsi yayıldı

İDMAN

Bugün, 00:03

Türkiyə Mərkəzi Hakimlər Komitəsinin  sədrinin həbsindən Şurası ilə bağlı istintaq çərçivəsində saxlanılan və həbs edilən Super Liqa hakimi Yasin Kolun məhkəmədəki ifadəsi yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, barəsindəki bütün ittihamları rədd edib.

Yasin Kol deyib ki, hakim köməkçisinin hesabına oyunqabağı pul köçürmələri hər hansı matçla bağlı olmayıb: "Oyundan əvvəl və ya sonra yeməyə gedəndə köməkçi hakim hesabı ödəyir və biz də sonra onun hesabına pul atırıq. Mən heç bir qanunsuzluq etməmişəm. Əvvəllər bir çox matçı idarə etmişəm və təhdidlər almışam. Həmişə də doğru bildiyim qərarları qaydalara uyğun vermişəm. Heç bir adamla qanunsuz maliyyə əməliyyatlarım yoxdur, olmayıb. Mən günahsızam".

Qeyd edək ki, iddiaları rədd etməsinə baxmayaraq, hakim onun barədə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Hakimlər Komitəsinin rəhbəri Ferhat Gündoğdu və TFF Aktiv Hakimlər Assosiasiyasının prezidenti Ferdi Karadoruk da daxil olmaqla 7 nəfər İstanbul, Ankara, Elazığ və Manisada keçirilən əməliyyatlarla saxlanılıb. Onar və Yasın Kol  danışılmı oyunlar, sənəd saxtakarlığı və "rüşvət"də ittiham olunurlar.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR