Ronaldodan şok iddia: "Məni öldürmək istəyənlər var"

Ronaldodan şok iddia: \"Məni öldürmək istəyənlər var\"

İDMAN

Bugün, 10:57

"Karyeramına 1000-ci qolunu atmaq və eyni zamanda, milli komanda ilə UEFA Millətlər Liqasını qazanmaq istəyirəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Portuqaliyanın Uels yığması ilə oyunundan əvvəl Kristiano Ronaldo jurnalistlərə deyib.

41 yaşlı Kristiano Ronaldo karyerasında 979 qola çatıb: "Bilirəm ki, bu məqsədə çatacağam. Həqiqətən də bu hədəfimə çatacağıma əminəm"

Futbolçu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı da cavablandırıb: "Kaş cavabı bilsəydim, amma bilmirəm. Lakin bu, mənim son ilim ola bilər. Son oyunumun nə vaxt olacağını sizə bildirəcəyəm".

Ronaldo ona ünvanlanan tənqidlərə isə gözlənilməz cavab verib: "Bəzi insanların mənə qarşı münasibəti çox sərtdir. Hətta məni öldürmək istəyənlər var, özü də  ov tüfəngi ilə. Çünki bilirlər ki, ov tüfəngi istifadə etməsələr, heç bir şansları yoxdur,  güllələrdən yayınacağam. Amma buna öyrəşmişəm."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR