İran yenə şərt qoyur: "7 şərtimiz yerinə yetirilməlidir, yoxsa boğaz açılmayacaq"

İran yenə şərt qoyur: \"7 şərtimiz yerinə yetirilməlidir, yoxsa boğaz açılmayacaq\"

DÜNYA

Bugün, 00:25

"İranın təqdim etdiyi 7 şərt Hörmüz boğazı açılmadan əvvəl yerinə yetirilməlidir. Əks halda boğaz açılmayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rezai İran televiziyasında söyləyib.

O, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ nümayəndə heyəti arasında Nyu-Yorkdakı görüşlə bağlı danışarkən Tehranın şərtlərini yeniləyib: "Xarici işlər nazirinin Nyu-Yorka səfəri zamanı İranın şərtlərini vasitəçilərə çatdıracağına qərar verildi. İranın təqdim etdiyi 7 şərt dediyim kimi, Hörmüz boğazı açılmadan yerinə yetirilməlidir. İslamabaddakı və ya əvvəlki vəziyyətə qayıtmayacağıq. Zəmanətsiz eyni diplomatiya ilə davam edə bilmərik".

İran rəsmisi İrana qarşı ABŞ-ın uçuş məhdudiyyətləri ilə bağlı suala da cavab verib: "Region ölkələri ABŞ tərəfindən manipulyasiya edilməməlidir. Bizə qarşı ABŞ-la əməkdaşlıq edən qonşu ölkələrə məxsus uçuşları da biz bloklayacağıq"

Tahir ŞƏlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR