Tanınmış aktrisa Qocalar evində qalırmış... - FOTO

Tanınmış aktrisa Qocalar evində qalırmış... - FOTO

MƏDƏNİYYƏT

Bugün, 09:00

Türkiyənin sevilən aktrisalarından olan və məşhur "Perihan Abla" və "Ruhsar" seriallarındakı rolları ilə yadda qalan Tuluğ Çizgen İstanbulun Kartal rayonunda  Qocalar Evində yaşadığı aydın olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaddaş problemləri ilə mübarizə aparan aktrisa illər əvvəl bura sığınıbmış.

Məlumatda deyilir ki, 78 yaşlı aktrisa  2013-cü ildə yayımlanan "Cəsur Hemşire"  serialındakı rolundan sonra Bodrumun Yalıkavak bölgəsinə köçüb: "Bundan sonra o, özünü unutdurub. İndisə bəlli olur ki, aktrisa Kartaldakı Qocalar Evindəymiş..."

"Perihan Abla" serialındakı Meraklı Melahat və "Ruhsar"dakı "Gözüm Abla" rolları ilə yadda qalan aktrisanın orada yaşamasnı isə biz pərəstişkarının sosial mediada yaydığı foto üzə çıxarıb.

Həmin şəxs sosial mediada yazıb: "Tuluğ Çizgeni çox yaxşı vəziyyətdə gördüm. Şükür ki, yaxşıdır"

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR