Qərar Nyu-Yorkda verildi - Türkiyə ordusu İraqdan çəkilir 

Qərar Nyu-Yorkda verildi - Türkiyə ordusu İraqdan çəkilir 

GÜNDƏM

Bugün, 00:05

İllər əvvəl PKK terror qruplaşmasından gələn təhdid və təhlükənin yerində məhv etmək üçün İraqa girən və orada bir neçə bölgədə hərbi bazalar quran Türkiyə Ordusu geri çəkilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərar Prezident Ərdoğanın Nyu-Yorkda İraq Baş naziri Əli Zeydi ilə görüşündə verilib.

Görüşdən sonra yayımlanan birgə bəyanatda bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Başika-Zilkan bazası tədricən İraq hökumətinə təhvil veriləcək.

Bəyanatda xüsusiylə qeyd olunub ki, bu qərar PKK terror təşkilatının Sincardakı silahlarını dövlətə tamamilə təhvil verməyə başlamasına görə qəbul edilib.

Məlumatda o da deyilir ki, Prezident Ərdoğanla İraq Baş naziri Əli əz-Zeydininin mətbuata qapalı keçirilən görüşündə xarici işlər naziri Hakan Fidan, ədliyyə naziri Akın Gürlek, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezidentin Müdafiə Sənayesi direktoru Haluk Görgün iştirak ediblər.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR