"Fənərbağça"nın almaq istədiyi məşhur futbolçunu döydülər - FOTO

\"Fənərbağça\"nın almaq istədiyi məşhur futbolçunu döydülər - FOTO

İDMAN

Bugün, 18:11

Bu ilin yay transfer pəncərəsi zamanı "Fənərbağça"nın  heyətinə cəlb etməyə çalışdığı, lakin Səudiyyə Ərəbistanının NEOM komandasına transfer olunan Malanq Sarr döyülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı futbolçunun otel barında əzişdiriblər.

Məlumata görə, onu döyənlər transferi prosesində vasitəçilik edən şirkət rəsmiləri olub: "Çünki futbolçu və meneceri onlara çatacaq komissiya haqqını verməkdən yayınıblar. Bu səbəbdən Sarr komanda yoldaşları ilə Marbelyadakı NEOM-un təlim düşərgəsində nahar edib, otelə dönərkən orada mübahisə zəminində dava düşüb. Nəticədə həmin şəxslər futbolçunu əzişdiriblər".

Xatırladaq ki, 27 yaşlı futbolçu bu mövsüm NEOM-da 8 matçda meydana çıxıb.

Fərid 

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR