"Qalatasaray" prezidenti baş məşqçi ilə bağlı qərarını açıqladı

\"Qalatasaray\" prezidenti baş məşqçi ilə bağlı qərarını açıqladı

İDMAN

Bugün, 09:03

"Qalatasaray" prezidenti Dursun Özbek "Trabzonspor"a məğlubiyyətdən sonra tənqid atəşinə tutulan baş məşqçi Okan Buruk və komandayla bağlı mühüm açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, komanda və baş məşqçi ilə yolla davam edəcəklərini bəyan edib.

Klub prezidenti bildirib ki, Okan Buruika da, komandaya da inamı sonsuzdur: "Okan Buruka olan inamımız və etibarımız dünən də, bu gün də tamdır. Okan Burukun rəhbərliyi altında dörd ildir ki, inam və qətiyyətlə yolumuza davam etdiyimiz kimi, bundan sonra da eyni şəkildə davam edəcəyik".

Klub prezidenti "Trabzonspor"la oyunda aldıqları məğlubiyyətlə azarkeşləri  məyus etdiklərinin fərqində olduqlarını etiraf edib: "Mən, idarə heyətimiz, texniki heyətimiz, oyunçularımız və möhtəşəm "Qalatasaray" azarkeşləri birləşəcək və heç vaxt hədəflərimizdən yayınmayacağıq. Bütün diqqətimiz Super Liqada ardıcıl beşinci çempionluğumuzu qazanmağa və Avropadakı hədəflərimizə doğru irəliləməyə yönəlib".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR