Daha bir qurum AZCON-un idarəetməsinə verildi - Fərman

Daha bir qurum  AZCON-un idarəetməsinə verildi - Fərman

GÜNDƏM

Bugün, 16:01

Prezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısında dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC siyahıya əlavə edilib.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR