TƏBİB-də daha iki təyinat - Onlar Departament müdiri oldu + FOTO

TƏBİB-də daha iki təyinat - Onlar Departament müdiri oldu + FOTO

GÜNDƏM

Bugün, 15:37

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatları olub.

Mia.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

 Belə ki, Fərazi Ceyran Əkbər qızı İnsan resursları departamentinin, Butayeva Cəmilə Nail qızı isə İlkin səhiyyə xidməti departamentinin rəhbəri vəzifəsini müvəqqəti icarə edəcəklər.

 Qeyd edək ki, bundan əvvəl TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İlkin səhiyyə xidməti departamentinin rəhbəri isə Rəşad Çobanlı idi. Onların hər ikisi bu ilin iyun ayında işdən çıxarılıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR