Kılıçdaroğlun istefa verən Yavaşı öz sözləri ilə "vurdu"

Kılıçdaroğlun istefa verən Yavaşı öz sözləri ilə \"vurdu\"

SİYASƏT

Bugün, 18:30

CHP sədri Kamal Kılıçdaroğlu bu gün istefa verən Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaşın qərarına ilk reaksiyasını verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Kılıçdaroğlu yazılı açıqlamasında Yavaşın CHP-yə özü tərəfindən gətirilmiş bir siyasətçi olduğunu bildirib.

"Cənab Mənsur Yavaş, Cümhuriyyət Xalq Partiyasına gətirdiyim dəyərli bir siyasətçidir. Cənab Yavaş ictimaiyyətə verdiyi istefa açıqlamasında aşağıdakı ifadələri işlədib: "İnsanlar seçki qutusuna gedərkən yalnız bir ad üçün deyil, həm də siyasi iradə üçün səs verirlər. Buna görə də seçicinin iradəsini qulaqardına vurmağı, səsləri ilə əldə etdikləri mövqeləri seçicinin bəyənmədiyi siyasi ünvanlara köçürməyi düzgün hesab etmədim və hələ də düzgün hesab etmirəm. Seçicinin iradəsinə sadiqlik siyasətin namusu, şərəfidir".

Bəli, biz cənab Mansur Yavaşın bu sözləri ilə tamamilə razıyıq", - deyə açıqlamadakı son sözünü özünə xatırlatmaqla istefaya münasibətini əks etdirib..

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR