"Tovuz-Turan"ın prezidenti klubdan gedir: "Çox təəssüf ki, axırda Ehtiram bəyi də iyrəndirdilər" - Jurnalist elə şeylər yazdı ki....
YAZARLAR
Bugün, 09:16
İxtiyar Əsgərov,
Matç.az-ın baş redaktoru
***
Ehtiram Quliyev haqqında təxminən 15 il əvvəl eşitmişdim. Ailəvi dostlarımız Ələddin və Qabillə Türkiyədə eyni vaxtda təhsil alıb. Daha geniş məlumatı isə mənə Səməd Nəsibov vermişdi. Sonradan Nəsimi Paşayev, hətta PFL-də çalışan dostlar da Ehtiram Quliyev haqda ancaq xoş sözlər, onun xeyirxah işlərindən ağızdolusu danışmışdılar.
Onu ilk dəfə “Hünər” futbola gələndə görmüşdüm və o zaman adama rəğbətim yaranmışdı. Saf, səmimi. Yəqin ki, çoxları mənimlə razılaşar, Ehtiram bəy doğrudan da hörmətə layiq, dəyərli insandı.
Onun 44 günlük Vətən müharibəsi dövründə elədiklərinin əksəriyyətini çoxları bilmir; bəlkə də onun yerində başqası olsaydı, isti, rahat otağından bayıra çıxmazdı. Hansı ki, bu addımı çoxları atmışdı.
Ehtiram bəy futbola gələndə Səmədlə söhbətimiz olmuşdu. Dedim ki, Səməd, Ehtiram müəllimə yaxşı mənada yazığım gəlir, çünki bataqlığa gəlib. Bizim futbol kimləri bezdirmədi ki? İyrənib futboldan gedənləri biz çox yaxşı tanıyırıq.
Çox təəssüf ki, axırda Ehtiram bəyi də iyrəndirdilər. Adam dəfələrlə haqsızlıqla üzləşdi, artıq dözə bilmir. Ehtiram bəy futbol üçün nələr etmədi? Şəxsi vəsaiti ilə akademiya tikdi, komanda üçün Kürdəxanadı məşq meydançası inşa etdirdi, Tovuzda da həmçinin.
27 ildir mətbuatdayam, ola bilər yanılım, amma gəlin açıq danışaq: Ehtiram bəyin futbolun inkişafı üçün elədiklərini bu ölkədə hansı biznesmen etdi? Evsiz-eşiksiz “İmişli”, “Araz-Naxçıvan”, yoxsa digərləri?
Məndə olan məlumata görə, hazırda “Turan Tovuz” daxilində hansısa gərginlik və ya fikir ayrılığı yoxdur. Amma Ehtiram bəyin komandadan gedəcəyi barədə yayılan xəbərlər tamamilə gerçəkdir. Bəs bu adam niyə bu ağır qərara gəldi?
Çünki adamı hakimlər bezdirdi, iyrəndirdi! Əliyar Ağayevin, Elçin Məsiyevin qərəzli qərarlarından boğaza yığıldı. Hələ cəmi 6 tur oynanılıb, amma “Turan”ın haqqı olan 4 xalını açıq-aşkar oğurlayıblar.
Mənim Ehtiram Quliyevə hörmətim var, həmişə də olacaq. Onu bütün Tovuz sevir. Yenə deyirəm, çoxları onun elədiklərinin cüzi hissəsini belə bilmir. Adam futbolun başını buraxıb, övladları və biznesi üçün daha çox işlər görərdi. O, futboldansa, işğaldan azad olunmuş torpaqlarda bina tikdirib qat-qat çox qazana bilərdi. Bildiyim qədərilə, Ağdamda yüzə yaxın çoxmərtəbəli bina tikdirmək şansı olub. Amma futbol sevgisi, “Turan” sevgisi onu bu bataqlıqda saxladı.
Adam 3 ildir futboldadı, dürüstlüyü hamıya məlumdur. İndi bundan sonra hər gün haqqında neqativ yazılar yazılsa belə, o heç vaxt pis insan kimi xatirələrdə qalmayacaq.
Gəlin səmimi olaq: Azərbaycan futboluna Elçin Məsiyev lazımdır, yoxsa Ehtiram Quliyev? Elçin Məsiyevin “Araz-Naxçıvan”ın lehinə təyin etdiyi həmin o biabırçı penalti vacib idi, yoxsa Ehtiram Quliyevin futbolda qalması? Bir gün Qəbələni, bir gün Şamaxını təmsil edən evsiz-eşiksiz “Araz”a haram yolla 1 xal qazandırmaq vacib idi, yoxsa Ehtiram Quliyev? Hansı birini deyəsən?
Kaş yalan olsun, böyük ehtimalla noyabrda “Turan”ın İdarə Heyətinin iclası olacaq. Yəqin ki, həmin iclas Ehtiram bəyin doğma komandasında son iş günü olacaq. Amma insaflı olaq, o dəyərli insan belə qərəzli münasibətə layiq idimi?
Təəssüf, çox təəssüf...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Fərəh söyüş söyüb, mənim nə günahım var?” – Efir qadağasına etiraz edir
Bugün, 10:48 PRESS
-
AZAL-da daha bir dəyişiklik oldu
Bugün, 10:40 CƏMİYYƏT
-
"Trump TV" kanalı açıldı - Ağ Evin rəsmi xəbərləri bu kanalda yayımlanacaq
Bugün, 10:27 PRESS
-
Türkiyədə məktəbə hücum olub - Bir şagird ölüb, yaralılar var (Yenilənib)
Bugün, 10:26 GÜNDƏM
-
Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Bugün, 10:15 CƏMİYYƏT
-
İran XİN başçısı: "Burada da mövqeyimizi ləyaqətli müdafiə edəcəyik"
Bugün, 09:57 DÜNYA
-
Məhəmməd Salahın sürücülük vəsiqəsi etibardan salındı - Hücumçu böyük məbləğdə cərimələndi
Bugün, 09:52 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı - Qara qızılın qiyməti neçəyədir?
Bugün, 09:52 İQTİSADİYYAT
-
Danışıqlar rəsmi olaraq başladı - Əbədi rəqibdən sürpriz təklif...
Bugün, 09:24 İDMAN
-
"Tovuz-Turan"ın prezidenti klubdan gedir: "Çox təəssüf ki, axırda Ehtiram bəyi də iyrəndirdilər" - Jurnalist elə şeylər yazdı ki....
Bugün, 09:16 YAZARLAR
-
Maştağada evdə partlayış: iki nəfər yaralanıb
Bugün, 09:08 CƏMİYYƏT
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıl... - QARABAĞA YENİ KÖÇ YOLA SALINDI
Bugün, 09:05 GÜNDƏM
-
"Qalatasaray" prezidenti baş məşqçi ilə bağlı qərarını açıqladı
Bugün, 09:03 İDMAN
-
Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
Bugün, 00:34 SİYASƏT
-
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu
Bugün, 00:21 MƏDƏNİYYƏT
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM
-
"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür
Bugün, 00:08 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"
Bugün, 00:01 İQTİSADİYYAT
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi
21.09.2026, 23:03 MƏDƏNİYYƏT
-
“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər
21.09.2026, 21:54 CƏMİYYƏT
-
AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub
21.09.2026, 20:51 İQTİSADİYYAT
-
"Fənərbağça" komandası Bakıya gəlir - Bu tarixdə
21.09.2026, 19:55 İDMAN
-
Xəzər dənizində zəlzələ olub
21.09.2026, 18:40 GÜNDƏM
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
21.09.2026, 18:06 GÜNDƏM
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
21.09.2026, 18:01 GÜNDƏM
-
Vilayət Eyvazov xidmətə qəbul olunmaq istəyən 203 nəfərİ seçim turunun növbəti mərhələsinə buraxıb - VİDEO
21.09.2026, 17:38 CƏMİYYƏT
-
Avropa İttifaqı "Google"u 403 milyon avro cərimələdi
21.09.2026, 17:22 PRESS
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
21.09.2026, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialının daha bir aktyoru istintaqa çağırıldı
21.09.2026, 16:57 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzaladı
21.09.2026, 16:36 GÜNDƏM
-
İcra başçısı müavini DSK-ya sədr təyin olunub
21.09.2026, 16:12 CƏMİYYƏT
-
Cavid Hüseynovla Zaur İsmayılov istefaya göndərildi
21.09.2026, 16:06 İDMAN