Emin Mahmudov millidəki karyerasını "nöqtələyir"

 Emin Mahmudov millidəki karyerasını \"nöqtələyir\"

İDMAN

Bugün, 12:05

Azərbaycan yığmasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidəki karyerasını "nöqtələyir"

Mia.az xəbər verir ki, 34 yaşlı futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub.

Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoldaşlıq görüşü E.Mahmudov üçün millidə sonuncu matç olacaq.

2016-cı ildən milli komandanın şərəfini qoruyan "Neftçi"nin yarımmüdafiəçisi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qola imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR