Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
YAZARLAR
Bugün, 09:59
Vahid TAĞIYEV,
Təcrübəli təhsil işçisi
***
İlk növbədə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil prosesinin bütün iştirakçılarını, təhsilimizin təəssübünü çəkən hər bir insanı təbrik edir, uğurlar arzulayıram!
Yeni dərs ilinin başlanması ilə əlaqədar bu sahədə qarşıda duran vəzifələr və bir çox məsələlər barədə son günlər ictimaiyyətə açıqlamalar verilir. Bir reallıq ortadadır ki, prinsip etibarilə Elm və Təhsil Nazirliyinin aradan qaldırmaq barədə indi düşündüyü problemlər illərlə davam edib.
Səsləndirilən fikirləri dinlədikcə düşünürsən: qeyd olunan problemlərin dərinləşib sistemə bu qədər ağır zərbə vurmasından əvvəl, onları qabaqlayıcı tədbirlərlə vaxtında aradan qaldırmaq olmazdımı?
Axı, insafən, prosesi görən, onun içərisində olanlar həmişə, müxtəlif səviyyələrdə bu məsələləri aidiyyəti üzrə qaldırır, deyir, yazırdılar...
Problemləri hər kəs durduğu yerdən, öz səviyyəsindən və malik olduğu məlumatlardan çıxış edərək görür. Həmişə fikirləşirəm, bəlkə bilmədiyimiz məqamlar çoxdur. Amma bütün hallarda bu gün peşəkar yanaşma kimi görünən bir çox məsələnin niyə bu qədər gecikdiyini fikirləşməli olursan...
Əlbəttə, təhsil sistemində illərlə yığılıb qalan problemlərin olduğunu, çətinliklərin mövcudluğunu bilirik. Ancaq söhbət bəzi məsələlərə vaxtında və haradan başlamağın daha düzgün seçim olmasından gedir. Ədalət naminə, illərlə yığılıb qalmış bir çox vacib, əhəmiyyətli məsələlərin həlli istiqamətində çox işlər görülmüşdür və bunlar dəyərləndirilməlidir.
İndi istər nazirlikdə, istərsə də regionlarda çox bacarıqlı kadrlar yetişib. Ancaq ilkin müşahidə olunan odur ki, onlar çox vaxt təşəbbüslə çıxış edə, məsuliyyəti öz üzərinə götürə, aparıcı liderə çevrilə bilmirlər. Görünür, bunun üçün lazımi şərait yaradılmır, yaxud lazımınca səlahiyyət verilmir...
Son illərin ən böyük uğurlarından biri yüksək səviyyədə akademik biliyə malik müəllimlərin formalaşmasıdır. Uzun illər müəllimlərlə işləyən şəxs və bir neçə il respublika üzrə müəllimlərin işə qəbulu üzrə müsahibə komissiyasının sədri olaraq əminliklə deyə bilərəm ki, müəllimlərimizin böyük əksəriyyətinin hazırkı bilik səviyyəsi təhsil tariximizin ən yaxşı nəticələrindən biridir. İndi əsas məsələ onların biliklərini tətbiq etmə bacarığı və peşəkarlıqlarının daim artırılmasıdır.
Hazırda daha çox müzakirə olunan məsələlərdən biri repetitorluqdur. Məsələ bu qədər dərinləşdikdən sonra ona münasibətdə hazırda müzakirə olunan tədbirlər, həlli istiqamətində atılan addımlar ortadadır...
Halbuki, bir vaxtlar rəhbər səviyyəsində repetitorluğun adi hal, dünyada gedən qaçılmaz proses kimi qiymətləndirildiyini unutmamışıq. Və beləliklə, bir vaxtlar seyrçi mövqe ortaya qoyulmuş sayılırdı. Nəticədə bu sahədə müxtəlif kommersiya maraqları üçün də yol genişlənib: hazırlıqla bağlı kitab nəşrləri, əlavə vəsaitlər, güclü müəllimlərin məktəbə marağının azalması və s.
Axı, belə yanaşma əvəzinə, ən azı 7- 8 il əvvəldən müəyyən tədbirlər görülsəydi, problem daha asan həll olunar, bu qədər əlavə fəsadlar da yaranmazdı.
Təhsil işçisi olmaqdan əlavə, bir valideyn kimi də bu problemlərin şahidi, iştirakçısı olaraq yaşamışam. Son beş ildə dörd nəvəm istəklərinə uyğun olan ali məktəblərə yüksək balla qəbul olublar, ardı davam edir. Nə qədər əziyyətlər çəkiblər, yuxusuz gecələr, vaxt problemi... Səhər məktəb, günortadan sonra hazırlıqlar... Bəzən hansısa fənnin hazırlığının başa çatdığı dəqiqə o biri fənnin hazırlığı başlayır. Sözün həqiqi mənasında baş qaşımağa vaxtları olmur. Adamın ürəyi ağrıyır... Bunlar musiqi, kino, bədii ədəbiyyat və s. ilə nə vaxt məşğul olmalıdırlar?..
Məktəblilər kəskin stress yaşayır, ali məktəbə qəbul səviyyəsində test suallarına cavab vermək üçün 2-3 il ərzində sözlə ifadəsi asan olmayan bir gərginlik keçirir, bu da onların həyatında zərərli, dərin izlər buraxır. Valideynlər də onlarla bərabər həm maddi, həm də mənəvi sıxıntılar yaşamalı olurlar. Bir ailədən 2 nəfər yuxarı sinifdə məktəbə, həm də hazırlığa gedirsə orada xüsusi bir rejim hökm sürür... Hazırda çıxış yollarından biri təmayül tədris modelinin gücləndirilməsi, dəstəklənməsidir. Özünü doğrultsa inam da yaranacaq, ora axın da olacaq.
Digər bir məsələ isə nazir səviyyəsində məktəblərdə dərslərin dinlənilib müzakirə edilməsi, menecer fəaliyyətinə üstünlük verilməsi və məktəb rəhbərlərinin də bu imkan və bacarığa malik şəxslər arasından təyin edilməsi ilə bağlı səsləndirilən fikirlərdir. Bunlar gecikmiş olsa da, dəyərlidir.
Nəzərə alınmalıdır ki, son illərdə ciddi problemlərdən biri hər rayonda 15–20 məktəb direktoru vəzifəsinin illərlə vakant olmasıdır. Əsasən direktor vəzifəsi müavinə həvalə edilir, o da çatdıra bilmir. Beləliklə, məktəbdə nəinki direktor, müavin vəzifəsi də normal icra edilmir.
Təlim-tərbiyə prosesinin keyfiyyətli nəticələrinin birbaşa müəllimdən, onun bilik və peşəkarlıq səviyyəsindən asılı olduğunu hamı bilir. Müəllimlərə isə məsafəcə ən yaxın, onların gündəlik fəaliyyətini izləmək və istiqamət vermək baxımından daha çox imkanı olan məktəb direktorlarını heç kim əvəz edə bilməz. Bu, təzə bir yenilik kimi təqdim edilir və bundan sonra nəzərə alınacağı mühüm məsələlərdən biri olaraq göstərilir.
Yəqin ki, indi bu barədə illər öncə əsaslandırılmış yazılarımızı xatırlatsaq, qeyri-təvazökarlıq kimi qəbul ediləcək. Halbuki, neçə il əvvəldən bu məsələlər çox geniş şəkildə qaldırılırdı. Bu mövzularda şəxsən nazirliyə bir neçə dəfə rəsmi məktubla təkliflər göndərmişəm. İmkan olanda rəsmi şəxslərə konfrans və yığıncaqlarda müraciət etmişəm. Həm də müraciətlərin çoxu bu sahədə rəhbər vəzifədə işlədiyim zamanlarda olub.
Regional təhsil idarələri yarananda bu istiqamətdə irəli sürdüyüm layihəni bəyənmişdilər. İcrasının bir neçə rayonda həyata keçirilməsinə istiqamət vermək mənə həvalə olundu, böyük bir həvəslə işə başladıq. Sonra məsələnin genişlənməsinə imkan verilmədi.
Hətta zona konfransında görülmüş işlər və gələcəkdə bunun davam etdirilməsi barədə ictimaiyyətə açıqlama verməyim nəzərdə tutulmuşdu. Sonda o da olmadı, həmişəki kimi ümumi, şablon yığıncaq keçirildi. Yenə köhnə qayda ilə buraxılış imtahanının nəticələri niyə belədir, texniki işçilər vaxtında işdə olurlarmı və s. - gündəlik nəticələrə ciddi təsiri olmayan müxtəlif kargüzarlıq məsələləri müzakirə edildi.
Ancaq həmin dövrdə qaldırılmış məsələlər, təkliflər, yaxud bəzi görülmüş işlər sosial şəbəkələrdə, müxtəlif saytlarda işıqlandırılırdı. Linklərə indi və hər zaman baxmaq olar.
Olsun, indi əsas hədəflər istiqamətində işlərə başlanması çox yaxşıdır. Bunları görmək xoşdur. Bu məsələlər respublikanın qabaqcıl mütəxəssisləri tərəfindən həmişə qaldırılıb...
Sonda yenə şükür etməliyik ki, təhsilimizin, şagirdlərin bilik və bacarıq nəticələrini yüksəltmək üçün haradan başlamaq düşünülür və dəqiqləşdirilir...
Təhsil həmişə inkişaf və dəyişiklik içərisindədir. Bu prosesdə həllini gözləyən yeni problemlərin yaranması da gözlənilən, təbiidir. Əsas məsələ müvafiq tədbirlərin vaxtında görülməsidir ki, inkişaf ləngiməsin, yeni və əlavə çətinliklər yaranmasın.
Bütün fikir və düşüncələrim müxtəlif bölgələrdə mənə yaxın yaşda olan, həyatını təhsilə həsr etmiş xeyli sayda təcrübəli təhsil işçiləri, eləcə də gənclərlə illərlə davam edən fikir mübadiləsinə, praktik təcrübəyə əsaslanır.
Tam əminliklə qeyd edirəm ki, insanların çoxunun narahatlığı şəxslərə qarşı deyil, təhsilimizin təəssübkeşliyindən yaranır.
Təhsilimizin inkişafı naminə bu şərəfli və məsuliyyətli sahədə çalışanlara uğurlar arzulayıram!
Qeyd: Əlavə edilən fotoda 2022-ci ildə regional konfransda yazıda qeyd edilən məsələlərlə bağlı təkliflərimi nazirliyin şöbə müdirinə çatdırdığım an əks olunub.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - "Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və..."
Bugün, 12:04 SİYASƏT
-
Klubsuz qalan Mauro İkardiyə sürpriz təklif gəldi
Bugün, 11:59 İDMAN
-
Ərdoğan təlimat verdi - Super Liqa nəhənginə 100 hektar torpaq sahəsi ayrıldı
Bugün, 11:54 İDMAN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bugün, 11:21 CƏMİYYƏT
-
Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri ilə görüşüb
Bugün, 11:07 SİYASƏT
-
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun yenidən dəyişir - DETALLAR
Bugün, 10:58 CƏMİYYƏT
-
İnam Kərimov Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında - Nələr müzakirə olunub?
Bugün, 10:49 SİYASƏT
-
"Aşk-ı Memnu" serialının "Arsen Hala"sı vəfat etdi
Bugün, 10:40 MƏDƏNİYYƏT
-
Bakıda daha bir şok olay: 13 yaşlı qız hamilə çıxdı...
Bugün, 10:35 KRİMİNAL
-
Zaur Mikayılov onlara yeni vəzifə verdi - SİYAHI
Bugün, 10:35 GÜNDƏM
-
DTX-dən SENSASİYALI HƏBSLƏR: 11 nəfər qandallandı - Əməliyyat görüntüləri + VİDEO
Bugün, 10:16 GÜNDƏM
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: yollarla bağlı açıqlama yayıdl
Bugün, 10:02 CƏMİYYƏT
-
Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
Bugün, 09:59 YAZARLAR
-
Aras Bulut İynemli, Melis Sezen, reper Sefo... - Türkiyədə məşhur bloger, aktyor, müğənni və iş adamları narkotiklə saxlanıldı (SİYAHI)
Bugün, 09:46 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti daha bir dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İtaliya Bab əl-Məndəb boğazına donanma göndərir: "Orada əlavə tədbirlərə ehtiyac var"
Bugün, 09:12 DÜNYA
-
20 milyonluq reklam... - Türkiyəli aktrisa görkəmini dəyişdi
Bugün, 09:00 ŞOU-BİZNES
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
17.09.2026, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
17.09.2026, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
17.09.2026, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
17.09.2026, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
17.09.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.09.2026, 17:00 İQTİSADİYYAT