Almaniya ordusunda hərbçilərin sayı artırılıb - 186 mini ötüb

Almaniya ordusunda hərbçilərin sayı artırılıb - 186 mini ötüb

DÜNYA

Bugün, 08:48

Almaniya ordusunun canlı qüvvəsinin sayı artırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ordudakı əsgərlərin sayı 2026-cı il planına uyğun aparılır: "Plana uyğun olaraq ordunun canlı qüvvəsi 186.000-190.000 hədəfinə uyğun olaraq 186.700-ə çatdırılıb. Bu, son 13 ildəki ən yüksək hədd deməkdir"

Məlumatda deyilir ki, ölkədə hərbi xidmətə müraciətlərin və yeni çağırılanların sayı da artıb: "İyul ayında təxminən 47.300 nəfər hərbi xidmətə müraciət edib,onlardan 15.400 nəfərinə müsbət cavab verilib"

Xatırladaq ki, 2026-cı ilin əvvəlində Almaniyada qüvvəyə minən yeni hərbi xidmət qaydaları ilə çağırış sistemi könüllü əsaslarla aparılır: "Hökumət 2035-ci ilə qədər əsgərlərin sayını 255.000-270.000-ə çatdırmağı planlaşdırır".

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR