DEPUTATI BIÇAQLAYAN ATA VƏ OĞLU SAXLANILDI

DEPUTATI BIÇAQLAYAN ATA VƏ OĞLU SAXLANILDI

GÜNDƏM

Bugün, 16:32

Dünən Qaziantep şəhərində bıçaqlanan Yeni Partiya üzvü, depuat Melih Meriçin işi ilə bağlı yeni xəbər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, deputatı mübahisə zəminində bıçaqlayaraq qaçan  CHP-nin Oğuzeli Rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş  və oğlu Hakan Keleş bu gün saxlanılıb.

Onlar polisə aparılıblar.

Polisdə ilkin ifadəsində o, deputatı vurmaq istəmədiyini deyib. Bildirib ki, deputat  Yeni Partiyanın şəhər təşkilatında ona vəzifə vədi versə də, sözündən qaçıb: "Bu səbəbdən aramızda söz-söhbət çıxdı, üstəmə gəldi, necə olldusa özümü qorumaq üçün vurdum..."

Xəbərdə o da deyilir ki, dünən xəstəxanaya aparılan deputat əməliyyat olunub: "Səhhəti ağır-sabit olaraq qalır".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR