TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin "bura bizim torpaq olacaq" mesajına sərt cavab verdi: "Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da..."

TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin \"bura bizim torpaq olacaq\" mesajına sərt cavab verdi: \"Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da...\"

GÜNDƏM

18.08.2026, 17:59

ABŞ prezidenti Donald Tramp növbəti dəfə dünyanı heyrətləndirən mesaj və xəritə paylaşıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, qlobal neft tranzitində mühüm əhəmiyyət daşıyan Hörmüz boğazını "ABŞ-ın yeni ərazisi" kimi göstərən xəritə paylaşıb.

Yaxın Şərqdə gərginliyi yüksldən bu paylaşıma şərh verən ABŞ lideri növbəti dəfə İrana təhdid yağdırıb. O, İranla bağlı problemi həll etdikdən sonra bu boğazı Amerika torpağı elan edəcəyini təkrarlayıb: "İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm. Boğaz üzərində hazırda tam nəzarətimiz var..."

Trampın xəritə ilə bağlı mesajına rəsmi Tehrandan dərhal sərt reaksiya verilib.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ prezidentinin paylaşdığı xəritəyə və ərazi iddialarını gülünc sayıb: "Tramp Hörmüz boğazı ilə bağlı yanlış təsəvvürünü ya tezliklə düzəldəcək, ya da bu xəyalpərəstin yanlış təsəvvürlərini biz düzəldəcəyik. Hörmüz boğazını tvit, xəritə, təyyarədaşıyan gəmi və ya seçki çıxışı ilə ələ keçirmək mümkün deyil..."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR