İsrail Türkiyə sərhədini bombaladı: rəsmi Ankara ilə savaş təhlükəsinin qarşısı alınıb - ABŞ səfiri elə açıqlama verdi ki...
GÜNDƏM
Bugün, 10:08
İsrailin Suriyanın şimalındakı Əbu Zuhur Hərbi Aerodromuna səkkiz hava hücumu bölgədə gərginliyi müharibə həddinə yaxınlaşdırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İstrail hücumla bağlı açıqlamasında açıq-aşkar Türkiyənu hədələyib.
İsrail Baş Nazirinin Ofisindən bildirilib ki, Dəməşq rəhbərliyinə Türkiyə ordusunun planı ilə bağlı dəfələrlə xəbərdarlıq edirblər: "Türk əsgərlərinin Hələb yaxınlığındakı bazaya yerləşdirilməsi və hava limanından istifadə eməyə can atması İsrailin təhlükəsizliyinə birbaşa təhdiddir. İsrail buna imkan verə bilməz. Bu səbəbdən İsrail döyüş təyyarələri 18 avqustda Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşən Suriyanın Əbu Zuhur Hava Bazasına səkkiz hava hücumu həyata keçirib".
İsrailin bəyanatında daha sonra bildirilib ki, İsrail və Suriya təhlükəsizlik məsələlərində status-kvonun qorunması barədə razılığa gəliblərmiş: "Suriya rejimi isə Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasına yerləşdirilməsinə icazə verərək bu status-kvonu pozub. İsrail dəfələrlə Suriyaya belə bir yerləşdirmənin İsrailin təhlükəsizliyinə təhdid yaradacağı barədə xəbərdarlıq edib. Lakin Suriya bu xəbərdarlıqları qulaqardına vurub. Hər kəs bilsin ki, İsrail öz təhlükəsizliyinə təhdidlərə dözməyəcək. Ümidvarıq ki, Suriya status-kvonu qorumaq yoluna dönəcək".
Suriya dövlət televiziyasından isə bildirilib ki, İsrail döyüş təyyarələri 18 avqustda obyektə səkkiz hava hücumu həyata keçirərək uçuş-enmə zolaqlarını və anbar sahələrini vurub: "2013-cü ildən bəri aktiv şəkildə istifadə edilməyən bazaya edilən hücumda heç bir itki qeydə alınmayıb".
Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani hücumu "əsassız təxribat" adlandırıb.
Hücumdan sonra rəsmi Ankara da bəyanat yayıb.
Bəyanatda Suriyanın ərazi bütövlüyü və suverenliyinin pozulduğu vurğulanıb:
İsrail hücumlarına Vaşinqtondan da sərt münasibət bildirilib.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak hücumu qətiyyətlə pisləyib.
O bildirib ki, bu hücum regional sabitliyə xidmət etməyən lazımsız bir eskalasiyadır: "bu hücumdan əvvəl Türkiyə məlumatlandırlmayıb. Bu isə Türkiyəni hərbi cavaba hazırlaşmağa vadar edə bilərdi. Sözsüz ki, türklər radarla İsrail qırıcılarını izləyirdi. Xoşbəxtlikdən qoyuq ağılla hərəkət etdilər. Nəticə etibarı ilə vəziyyət nəzarətdən çıxmadı, bölgədə gərginlik böyümədi. Biz hazırda tərəflərlə gərginliyi azaltma mexanizmi yaratmaq istimamətində işləyirik".
F.ƏHMƏD
mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
YENİ SƏDR ƏƏSMN-dəki DOSTLARINI AGENTLİYƏ TOPLAYIR - Regional idarə rəisi vəzifəsindən imtina etdi, növbəti təyinatlar oldu
Bugün, 13:03 GÜNDƏM
-
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur...
Bugün, 12:48 CƏMİYYƏT
-
“Azərsu”, “Azərişıq”, “Azərqaz”, “Asan kommunal” və tikinti şirkətlərinin sayğac oyunu... - Ev alanlara şərikli fırıldaq, yoxsa...?
Bugün, 12:40 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:32 CƏMİYYƏT
-
Abşeronda arvad 48 yaşlı ərini öldürdü
Bugün, 12:15 KRİMİNAL
-
"Kardiologiya"da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi - 80 yaşlı kardioloqa alkoqol ittihamı?
Bugün, 12:05 CƏMİYYƏT
-
HƏKİM SƏHVİ, YOXSA... - Ali Məhkəmə xəstə-həkim mübahisələrinə dair izah yaydı
Bugün, 11:59 CƏMİYYƏT
-
Xalq artisti: "Kişi istər efirdə, istər səhnədə, istərsə də həyatda kişi kimi geyinməlidir"
Bugün, 11:50 MƏDƏNİYYƏT
-
Sabirabadda 36 yaşlı şəxs 8 kiloqram narkotiklə tutulub
Bugün, 11:48 KRİMİNAL
-
Ağdamda kənd qəbiristanlığında hərbi sursat tapılıb
Bugün, 11:31 CƏMİYYƏT
-
Romelu Lukaku: "Mərhələ adlamaq üçün savaşacağıq"
Bugün, 11:19 İDMAN
-
Ağciyər Xəstəlikləri Mərkəzinin baş həkimi vəzifədən azad edilib
Bugün, 11:11 CƏMİYYƏT
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidinin şəxsiyyəti müəyyənləşdirildi - FOTOLAR
Bugün, 10:59 GÜNDƏM
-
QHT işi: Prokurorluq deputatın qardaşına 9 il cəza tələb etdi - Məhkəmə prosesi
Bugün, 10:48 SİYASƏT
-
Ukrayna yüzlərlə dronla Moskvaya zərbə endirdi - Əhali qorxuyla təhlükəsiz yer axtarır
Bugün, 10:41 GÜNDƏM
-
Deputatlar Qazaxıstana gedir - Seçkiləri müşahidə etmək üçün
Bugün, 10:10 GÜNDƏM
-
İsrail Türkiyə sərhədini bombaladı: rəsmi Ankara ilə savaş təhlükəsinin qarşısı alınıb - ABŞ səfiri elə açıqlama verdi ki...
Bugün, 10:08 GÜNDƏM
-
“By Ella” ləqəbli bloqer həbs edildi
Bugün, 09:41 PRESS
-
Azərbaycan neftinin qiyməti 94 dolları ötdü
Bugün, 09:41 İQTİSADİYYAT
-
TÜRKİYƏDƏ DAHA BİR TƏRİQƏT LİDERİ QANDALLANDI: arvadiyla birgə... + FOTOLAR
Bugün, 09:32 SİYASƏT
-
İspaniyada üç ardıcıl zəlzələ qorxu yaradıb
Bugün, 09:10 DÜNYA
-
"UltrAslan" azarkeş qrupunun lideri narkoman çıxdı - Testin nəticəsi bəlll oldu
Bugün, 09:01 İDMAN
-
Jurnalist Rasim Ozan Kütahyalı azadlığa buraxılıb
Bugün, 00:58 PRESS
-
Çempionlar Liqası: "Fənərbağça" heç-heçəyə razılaşdı
Bugün, 00:51 İDMAN
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bugün, 00:36 KRİMİNAL
-
İsrail Qəzzada kafeni bombalayıb - 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Bugün, 00:29 DÜNYA
-
"İranla hər hansı formada danışıqlar yoxdur və planlanmayıb da" - Trampdan daha bir iddialı mesaj
Bugün, 00:14 GÜNDƏM
-
Türkiyədə klub prezidentini döymək istəyiblər - FOTOLAR
Bugün, 00:12 İDMAN
-
RƏSMİ TEHRAN: "Siz boyunuzu aşan işə girişibsiz, ancaq palyaço tayfasının şapkadan dovşan çıxarmasınə gözləməyin..."
Bugün, 00:03 GÜNDƏM
-
Yunanıstanda güclü meşə yanğınları başlayıb
Bugün, 00:03 DÜNYA
-
Türkiyədə zəlzələ olub
18.08.2026, 23:50 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi rusiyalı nazirin müşaviri vəzifədən istefa verdi
18.08.2026, 22:47 SİYASƏT
-
İran bu ölkəyə raket fırlatdı - Müdafiə Nazirliyi açıqladı
18.08.2026, 21:34 GÜNDƏM
-
TÜRKİYƏDƏ DEPUTAT BIÇAQLANDI - Siyasətçi tərəfindən + VİDEO/FOTO
18.08.2026, 21:23 GÜNDƏM