Süni intellekt hüquq sahəsinə necə bir təsir göstərəcək? - Gənc hüquqşünas yazır
YAZARLAR
Bugün, 00:03
Fərid ƏHMƏDOV,
Gənc hüquqşünas
***
Keçdiyimiz illərdə dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmışdır.
Buna görə də bir çox dövlətlər süni intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata keçirilməkdədir. Hüquq sahəsi də bu dəyişiklikdən kənarda qalmır. Hüquqşünaslar, məhkəmələr və dövlət qurumları böyük həcmdə məlumatla işlədikləri üçün süni intellektin bu sahədə istifadəsi xüsusilə maraqlı məsələlərdən biridir.
Süni intellekt hüquqi sənədlərin hazırlanmasında, qanunvericiliyin araşdırılmasında, müqavilələrin yoxlanılmasında və müxtəlif hüquqi məlumatların təhlilində hüquqşünaslara kömək edə bilər. Bununla belə, bu texnologiyanın hüquq sahəsinə daxil olması müsbət cəhətdən yeniliklər gətirsə belə, həmçinin müəyyən problemləri də ortaya çıxarır. Çünki hüquq insan hüquqları, məsuliyyət və ədalət kimi çox həssas məsələlərlə bağlıdır.
Bu səbəbdən süni intellektin hüquq sahəsinə təsirinə yalnız texnoloji yenilik kimi baxmaq düzgün olmaz. Burada əsas məsələ süni intellektdən istifadə edərkən insan hüquqlarının, məxfiliyin və hüququn aliliyinin necə qorunacağıdır.
Süni intellekt hüquqşünaslara necə kömək edə bilər?
Hüquqşünasların işinin böyük bir hissəsi müxtəlif sənədlərin oxunması və araşdırılması ilə bağlıdır. Bəzən bir hüquqi məsələ ilə bağlı yüzlərlə səhifəlik sənədlərə baxmaq məcburi haldır. Süni intellekt belə vəziyyətlərdə hüquqşünasa kömək edə bilər.
Məsələn, süni intellekt müəyyən sənədləri qısa şəkildə ümumiləşdirə, müqavilələrdə riskli hesab edilə biləcək maddələri müəyyən edə və hüquqi araşdırma zamanı istifadə oluna biləcək məlumatları daha sürətli tapmağa kömək edə bilər.
Təbii ki bu, hüquqşünasın işini tamamilə süni intellektə həvalə etməsi demək deyil. Tam əksinə, hüquqşünasın əsas vəzifəsi süni intellekt tərəfindən təqdim edilən məlumatın düzgün olub-olmadığını yoxlamaq olacaq. Çünki süni intellekt insanların düşüncəsində "hərşeyi bilən" kimi görünsə də, süni intellekt hər zaman doğru cavabı vermir.
Fikrimcə, gələcəkdə yaxşı hüquqşünas olmaq üçün yalnız qanunları bilmək artıq kifayət etməyəcək. Hüquqşünas həm süni intellektin imkanlarını, həm də müsbət və mənfi cəhətlərini bilməlidir.
Hüquq sahəsində araşdırma aparmaq bəzən düşünülənin əksinə çox vaxt tələb edir. Hüquqşünas konkret məsələyə cavab tapmaq üçün qanunlara, məhkəmə qərarlarına və digər hüquqi sənədlərə baxmalıdır.
Məsələn, hüquqşünas müəyyən bir müqavilə ilə bağlı riskləri araşdırırsa, süni intellekt dəqiqələr içində həmin müqavilədə diqqət yetirilməli olan maddələri əvvəlcədən göstərə bilər. Bundan sonra hüquqşünas həmin məsələləri özü daha ətraflı araşdıra bilər.
Beləliklə, süni intellekt hüquqşünasın vaxtına qənaət edə bilər. Amma burada vacib məqam odur ki, süni intellektin verdiyi cavab son hüquqi mövqe kimi qəbul edilməməlidir.
Süni intellektin yaratdığı problemlər nələrdir?
Süni İntellektin müəyyən riskləridə vardır. Bu risklərdən biri də, vurğuladığım məsələ olan "süni intellektin" yanlış cavablar verə bilməsidir.
Bəzən süni intellekt mövcud olmayan məhkəmə qərarlarını və ya qanun maddələrini "real" məlumat kimi təqdim edə bilər. Bu vəziyyət hüquq sahəsində xüsusilə təhlükəlidir. Çünki hüquqi sənəddə yanlış məlumatın istifadə olunması ciddi nəticələrə səbəb ola bilər.
Digər problem isə şəxsi məlumatların qorunmasıdır. Hüquqşünasların işində çox vaxt insanların şəxsi və məxfi məlumatları olur. Müştərinin şəxsi məlumatlarının, kommersiya sirrinin və ya məhkəmə işi ilə bağlı həssas informasiyanın nəzarətsiz şəkildə süni intellekt sisteminə daxil edilməsi təhlükə yarada bilər.
Süni intellektdən istifadə edən hüquqşunaslar məlumatların necə saxlanıldığını nəzərə almalıdırlar.
Məhkəmələrdə süni intellektdən istifadənin təsiri...
Süni intellektin məhkəmə sistemində istifadəsi daha həssas məsələdir. Çünki məhkəmə qərarları birbaşa insanların hüquq və azadlıqlarına təsir edir.
Süni intellekt məhkəmələrdə böyük həcmdə materialların araşdırılması və müxtəlif statistik məlumatların hazırlanması kimi işlərdə faydalı ola bilər. Bu, məhkəmələrin iş yükünün müəyyən qədər azalmasına kömək edə bilər.
Lakin süni intellektin hakim əvəzinə qərar verməsi böyük və ciddi problemlər yarada bilər. Ədalət mülahizəsində müəyyən hadisənin bütün xüsusiyyətlərini, tərəflərin mövqeyini və digər bütün halları qiymətləndirmək lazımdır.
Ona görə məncə, süni intellekt məhkəmədə hakimə kömək edən vasitə kimi istifadə oluna bilər, amma son qərarı insan verməlidir.
Çünki, süni intellekt ilə bir insanın "Etik" dəyərləri eyni ağırlıqda deyildir.
Bu yanaşma beynəlxalq səviyyədə də öz əksini tapır. Məsələn, Avropa Şurasının CEPEJ qurumu süni intellektin məhkəmə sistemində istifadəsi zamanı fundamental hüquqların qorunması, ayrı-seçkiliyin qarşısının alınması, şəffaflıq və insan nəzarəti kimi prinsipləri qabağa çəkir.
Süni intellekt və insan hüquqları
Hüquq sahəsində süni intellektdən istifadə edərkən ən vacib məsələlərdən biri insan hüquqlarının qorunmasıdır.
Süni intellekt müəyyən məlumatlar əsasında nəticə çıxarır. Əgər istifadə olunan məlumatlarda əvvəlcədən müəyyən qərəz varsa, süni intellektin nəticəsi də qərəzli ola bilər. Bu isə müəyyən insanlara və ya sosial qruplara qarşı ayrı-seçkiliklə nəticələnə bilər.
Məsələn, hansısa qərarın qəbulunda istifadə olunan məlumat bazasında müəyyən qruplarla bağlı balanssız məlumatlar varsa, süni intellekt həmin qrupla bağlı düzgün olmayan nəticəyə gələ bilər.
Hüquq sahəsində belə vəziyyət xüsusilə təhlükəlidir. Çünki hüququn əsas və vacib prinsiplərindən biri insanların qanun qarşısında bərabərliyidir.
Hüquqşünaslar süni intellekt tərəfindən əvəz edilə bilərmi?
Süni intellektin inkişafı ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də budur: "Gələcəkdə hüquqşünaslara ehtiyac qalacaqmı?"
Məncə, hüquqşünasların tamamilə süni intellektlə əvəz olunması real görünmür. Çünki hüquq yalnız qanunları tapmaq və məlumatları təhlil etməkdən ibarət deyil.
Hüquqşünas insanın problemini anlamalı, vəziyyəti qiymətləndirməli, müxtəlif variantlar arasında seçim etməli, müəyyən hallarda insanlarla emosional və etik məsələlər barədə ünsiyyət qurmalıdır.
Süni intellekt isə daha çox hüquqşünasın köməkçisi rolunu oynaya bilər. Məsələn, sənədlərin hazırlanması və məlumatların axtarılması kimi işləri sürətləndirə bilər. Bunun nəticəsində hüquqşünas daha çox vaxtını mürəkkəb hüquqi məsələlərə ayıra bilər.
2018-ci ildə aparılan bir araşdırmada, süni intellekt ilə 20 təcrübəli vəkil müqayisə edilib. Süni intellekt sistemi araşdırmanı 26 saniyəyə başa çatdırarkən, vəkillər isə orta hesabla 92 dəqiqədən çox vaxt sərf ediblər.
Ona görə gələcəyin hüquqşünası üçün ən vacib bacarıqlardan biri texnologiyadan düzgün istifadə etmək olacaq.
Azərbaycanda süni intellekt və hüquq...
Süni intellekt məsələsi Azərbaycanda da artıq diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti 19 mart 2025-ci ildə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiq edib. Strategiyanın əsas məqsədləri arasında süni intellektin inkişafının sürətləndirilməsi, bu sahədə tədqiqatların dəstəklənməsi, infrastrukturun inkişaf etdirilməsi və ixtisaslı kadrların hazırlanması göstərilir.
Strategiyada süni intellektdən etik və məsuliyyətli istifadə, insan hüquqlarının və məlumatların məxfiliyinin qorunması ilə bağlı məsələlərə də diqqət yetirilir. Bu, hüquq sahəsi üçün xüsusilə əhəmiyyətlidir. Çünki süni intellektin Azərbaycanda geniş tətbiqi artdıqca onun yaratdığı hüquqi məsələlərin də tənzimlənməsinə ehtiyac yaranacaq.
Azərbaycanın "Süni intellekt strategiyası"nda süni intellekt üzrə normativ hüquqi bazanın formalaşdırılması və məlumatların məxfiliyinin və təhlükəsizliyinin təmin edilməsi də nəzərdə tutulur. Bu baxımdan hüquq sahəsinin süni intellektin inkişafı ilə paralel şəkildə dəyişməsi gözləniləndir.
Nəticə
Süni intellektin hüquq sahəsinə təsiri artıq gələcəyin məsələsi deyil. Bu texnologiya hüquqi araşdırma, sənədlərin hazırlanması və məlumatların təhlili kimi sahələrdə hüquqşünaslara kömək edə biləcək imkanlara malikdir.
Fikrimcə, əsas məsələ süni intellektin hüquqşünasları əvəz edib-etməyəcəyi deyil. Əsas məsələ hüquqşünasların bu texnologiyadan necə istifadə edəcəkləridir.
Digər tərəfdən, süni intellektin yaratdığı riskləri də nəzərə almaq lazımdır. Yanlış məlumat, şəxsi məlumatların qorunması, alqoritmik ayrı-seçkilik və məsuliyyət məsələləri hüquq sahəsində xüsusilə ciddi əhəmiyyət daşıyır.
Bu səbəbdən gələcəkdə süni intellektlə bağlı qanunvericiliyin inkişaf etdirilməsi vacib olacaq. Texnologiyanın inkişafı ilə hüquq da dəyişməli və yeni yaranan münasibətləri tənzimləyə bilməlidir.
Nəticə olaraq, süni intellekt hüquqşünasın yerini tamamilə tutmaqdan daha çox onun iş qaydasını dəyişdirəcək. Gələcəyin hüquqşünası həm hüququ yaxşı bilməli, həm də texnologiyadan düzgün istifadə etməyi bacarmalıdır. Ən vacib məsələ isə bütün bu proses zamanı insan hüquqlarının və ədalət prinsipinin qorunmasıdır...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Misir Məkkə sazişinə qatılır: "Tramp mənə söz verdi, yerinə yetirilməsini gözləyirəm" - "Biz yox, itirən daha çox Avropa olacaq"
Bugün, 00:56 GÜNDƏM
-
Minlərlə miqrant yenidən İspaniyaya girmək istədi, təhlükəsizlik qüvvələri hərəkətləndi - FOTOLAR
Bugün, 00:40 DÜNYA
-
Nazirin yeni vəzifəyə təyin etdiyi sektor müdiri qəfil vəfat etdi
Bugün, 00:32 CƏMİYYƏT
-
Şah İsmayıl Xətaiyə dil uzadanlar düşünməlidir...
Bugün, 00:26 SİYASƏT
-
"Süleymançı"ların xaricdəki nəhəng iqamətgahının görüntüsü yayıldı - Kimlər təməlatmaya qatılıb? + FOTOLAR
Bugün, 00:21 SİYASƏT
-
Rumıniyada rus dronları? - NATO-dakı İspaniya qırcıları sərhədi keçən döyüş PUA-larını vurdu
Bugün, 00:10 GÜNDƏM
-
Rəqib komandadan oyunçu aldılar, ortalıq qarışdı: "Müqaviləyə xitam verin!"
Bugün, 00:07 İDMAN
-
Ronaldo aktiv futbol həyatına son verəcəyi tarixi açıqladı: "Gələcəyimi əvvəldən axıra qədər planlaşdırmışam"
Bugün, 00:04 İDMAN
-
Süni intellekt hüquq sahəsinə necə bir təsir göstərəcək? - Gənc hüquqşünas yazır
Bugün, 00:03 YAZARLAR
-
ƏBƏDİ MƏKANIN BİRİNCİ İLİ 17 AVQUST 2026-CI İL... - FOTOLAR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Arda Turanın komandası növbəti oyundan qalib ayrıldı
16.08.2026, 21:18 İDMAN
-
Dünya çempionatı: gələn il Azərbaycanda keçiriləcək
16.08.2026, 20:35 İDMAN
-
Rumıniyanın Maramureş regionu ilə Qarabağın rayonları arasında iqtisadi əlaqələr genişlənir - AçIQLAMA + FOTOLAR
16.08.2026, 17:43 İQTİSADİYYAT
-
General Abbasəli Novruzov vəfat edib
16.08.2026, 13:55 CƏMİYYƏT
-
Zaur İsmayılov bu komandanın baş məşqçisi təyin olundu
16.08.2026, 10:40 İDMAN
-
Bölgələrdə yağış yağır
16.08.2026, 10:27 GÜNDƏM
-
“Ana oturub uşağının yanında qəlyan çəkir, bu uşaqın aqibəti necə olacaq?" - İqbal Ağzadə
16.08.2026, 10:00 SİYASƏT
-
"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Müğənnilər Damla ilə İradə arasında qalmaqal
16.08.2026, 00:05 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16.08.2026, 00:03 CƏMİYYƏT
-
Bəhram Bağırzadədən kuryerə gözlənilməz jest: "Sür, get"
16.08.2026, 00:02 ŞOU-BİZNES
-
Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırılıb
15.08.2026, 23:49 SİYASƏT
-
Ölümcül virusa yoluxan türkiyəli jurnalist vəsiyyətini açıqladı: "Belə öləcəyimi heç vaxt düşünməzdim" - VİDEO
15.08.2026, 19:52 PRESS
-
VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN... - Deputat yazır
15.08.2026, 19:26 YAZARLAR
-
Zakir Həsənovun ən gənc müavini: o, kimdir ki?
15.08.2026, 18:49 CƏMİYYƏT
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
15.08.2026, 18:19 İDMAN
-
Müğənni Pəriyar Məmmədova döyüldü: "Alnım şişib, gözümün altı göyərib"
15.08.2026, 17:44 FOTOQALERİYA
-
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama
15.08.2026, 17:00 GÜNDƏM
-
Deputatın oğlu MİT-ə qəbul olundu
15.08.2026, 16:40 SİYASƏT
-
Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
15.08.2026, 14:15 GÜNDƏM
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
15.08.2026, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
15.08.2026, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
15.08.2026, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
15.08.2026, 12:25 KRİMİNAL