"Rövşən Nəcəf, biz nəylə dolanaq ? Mikayıl Cabbarov, necə yaşayaq?" - "Azəriqaz"dan sürücüləri "bu qərarı dayandırın" deyir

\"Rövşən Nəcəf, biz nəylə dolanaq ? Mikayıl Cabbarov, necə yaşayaq?\" - \"Azəriqaz\"dan sürücüləri \"bu qərarı dayandırın\" deyir

GÜNDƏM

Bugün, 09:36

“Azəriqaz” İstehsalat Birliyinin indi də sürücüləri işsiz qoyması və onların istifadəsində olan maşınları geri yığması barədə Mia.az saytında məlumat vermişdik.

Bu barədə Mia.az-a Hacıqabuldan verilən məlumata görə, artıq bu rayondakı Qaz İstismarı Sahəsinin sürücülərinə də "maşınları təhvil verin" təlimatı gəlib.

Sürücülər bildirir ki, onlara nə yeni iş təklif olunur, nə də maşınların geri alınmasının səbəbi izah edilir: "Bizə yalnız o deyilib ki, daha bura maşın lazım deyil. Bəli, idarə 104 nəqliyat vasitəsindən imtina edir. Niyəsini bilmirik. Heç bizi də düşünən yoxdur. Təsəvvür edin ki, burada 4 sürücü işləyir,  hərəsi bir ailə sahibidir. İndi onların ailələri necə olacaq? Nəylə dolanacaq?".

İdarə işçiləri SOCAR prezidenti Rövşən Nəcəf və qurumun  Müşahidə Şuasının sədri Mikayıl Cabbarova üz tutub, onlardan kömək istəyiblər: ""Azəriqaz" rəhbərliyinin bu qərarını dayandırın, xahiş edirik. Rövşən Nəcəf, axı biz nəylə dolanaq Rövşən Nəcəf? Mikayıl Cabbarov, necə yaşayaq?".

Yeri gəlmişkən, oxşar şikayət Salyan, İsmayıllı, Şamaxı və digər rayonlardan da Mia.az-a daxil olub. 

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR