Baş katib: "Avropa, ABŞ və Ukraynanın razılığa gəlməsi müsbət haldır"

Baş katib: \"Avropa, ABŞ və Ukraynanın razılığa gəlməsi müsbət haldır\"

DÜNYA

Bugün, 00:11

"Avropa, ABŞ və Ukraynanın Əbu-Dabidə düzgün strategiya ilə razılığa gəlməsi və Avropanın prosesdə iştirakının təmin olunması  müsbət haldır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Berlin"Könüllülər Koalisiyası" adlı tədbirdə iştirak edən NATO-nun baş katibi Mark Rutte deyib.

O bildirib ki, Avropanındanışıqlar prosesində olması Ukrayanın müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir: "Bizim əsas gündəm maddəmiz Ukraynaya dəstək və ədalətli sülhdür. Ona qədər, yəni, müharibə davam etdiyi müddətcə, Ukraynanın necə güclü saxlanıla biləcəyi də çox vacibdir. Ukraynanın silah və digər dəstək baxımından ehtiyac duyduğu hər şeyə sahib olmalıdır. Yalnız bu, ədalətli sülhü təmin edə, təcavüzkarı dayandıra bilər!

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR