Melih Gökçek Yeni Partiyanın hesabına 1 tl köçürdü - Özgür Özəl "Millətin halal puluna haram qata bilmərik deyib geri qaytardı

Melih Gökçek Yeni Partiyanın hesabına 1 tl köçürdü - Özgür Özəl \"Millətin halal puluna haram qata bilmərik deyib geri qaytardı

SİYASƏT

31.07.2026, 22:40

 Ankara Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, AKP-li Melih Gökçek Yeni Partiyanın sədri özgür Özəlin xalqdan yardım istəmsindən sonra partiyanın hesabına 1.03 TL göndərməsi birmənalı qarşılanmayb.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, o, yardım adıyla təhqiramiz məbləği sosiial media hesabında da yayaraq, partiyanı məsxərəyə qoymağa cəhd edib.

Sabiq deputat deyib ki, əslində məqsədi qəpik köçürmək olub, lakin bank qəbul etməyib: "Özgür xalqdan pul istəyəndə, dayana bilmədim... Kömək etmək qərarına gəldim və Yeni Partiyaya, yəni Özgür Özələ ianə etdim. Niyyətim 3 qəpik ianə etmək idi... Amma bank bir lirədən az pul qəbul etmədiyi üçün 1.03 TL ianə etdim...".

Türkiyə mətbuatı yazır ki, Gökçekin köçürməsindən xəbər tutan partiya rəhbərliyi dərhal geri qaytarılıb.

Partiya rəhbərliiyii bildirib ki, "Haram pulu millətimizin halal pulu ilə qarışdırmayacağıq".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR