"Sizə aid nə qədər nöqsan var" - İcra başçısı iclasda Su Kanal İdarəsinin rəisini belə danladı + VİDEO

\"Sizə aid nə qədər nöqsan var\" - İcra başçısı iclasda Su Kanal İdarəsinin rəisini belə danladı + VİDEO

CƏMİYYƏT

Bugün, 21:49

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iclasda Mingəçevir Su Kanal İdarəsinin rəis müavini Mustafa Kərimova iradlar bildirib.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, icra başçısı cari ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş iclasda İdarə tərəfindən yaşıllıq sahələrinə verilən suların xəbərdarlıqsız kəsilməsinin doğru olmadığını bildirib:

“O su xətlərini kim çəkib ora? Sizin xəttə kim müdaxilə edib ki, indi Elmar müəllim (Elmar Əhmədov – Mingəçevir Su Kanal İdarəsinin rəisi – red.) gəlib onları aşkarlayır, xəbərdarlıqsız kəsir, hələ cərimə də yazır idarəyə. Başa düşmədim.

Birincisi, yaşıllıq sahələrinə qulluq etmək üçün idarə var və oraya suvarma suyu verilirsə, kəsmək yox, həll etmək lazımdır. Sayğacı qoy, pulunu ödəyək. Yaşıllığı mən batıra bilmərəm. Elmar da yaşıllığı özü ilə buraya gətirməyib. Həm kəsirsən, həm də sosial mediada yayırsan. Sizə aid nə qədər nöqsan var. Şəhərdə dağıtmadığınız küçə qalmayıb. Bir dənə küçənin asfaltından ötrü məhkəməyə verəcəyik sizin idarəni, oradan alınan pul ilboyu yaşıllığı suvarmaq üçün istifadə olunacaq”, - İ. İsmayılov bildirib.

Elmar Əhmədov İcra başçısı çıxışının davamında da mövzu ətrafında danışıb.

Daha ətraflı:

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR