"İRANA QALİB GƏLƏCƏYİK, ORANI ÇOX SƏRT VURACAĞIQ" - Tramp yenə "od püskürdü", "Tehran bizə yalvaracaq" deyir

\"İRANA QALİB GƏLƏCƏYİK, ORANI ÇOX SƏRT VURACAĞIQ\" - Tramp yenə \"od püskürdü\", \"Tehran bizə yalvaracaq\" deyir

GÜNDƏM

Bugün, 21:59

"İranla müharibəni tam qələbə ilə qazanmaqda qərarlıyıq. İrana tam qalib gələcəyik. Biz bu məqsədlə İrana tezliklə çox sərt zərbə endirəcəyik. Əmin olun, bir anda onlar deyəcəklər ki, artıq dözə bilmərik, bizi vurmayın!".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sərt mesajı ABŞ prezidenti Donald Tramp Deviddə keçirilən hökumətin ilk açıq iclasında verib.

İranla müharibənin ABŞ  üçün çox yaxşı getdiyini deyən Tramp bildirib ki, hədəf, məqsəd aydındır: "Biz sadəcə qalib gəlmək istəyirik. İndiyə qədər çox yaxşı işlər görürük. Belə bir vəziyyətdə mümkün qədər yumşaq olmağa çalışırıq. Məqsədimiz çox sadədir: İranın nüvə silahı olmayacaq. İran daha terrorizmi yayan dövlət olmayacaq!".

ABŞ və İran arasındakı qarşılıqlı hücumlara münasibət bildirən ABŞ lideri təfərrüata varmadan İrana çox yaxında daha ağır zərbə endirəcəklərini təkrarlayıb: "Dediyim kimi, onlar o zaman "daha yetər, dözə bilmirik" deyəcəklər. İndi İranın  məhdud hərbi qüvvəsi - ehtiyatı qalıb. Biz İranın hərbi potensialını böyük ölçüdə məhv etdik. İran çox pis vəziyyətdədir. Təəssüf ki, onlar ötənmüddətdə danışıqlar prosesində dürüst olmadılar. Biz danışıqlarla yolun ortasına qədər gəldik. Stiv Vitkoffun mənə zəng edəcəyini gözləyirdim, amma Pit Heqsetdən zəng aldım. O, İordaniyadakı bazalarımızdan birinə beş raket atdıqlarını dedi. Və cavablarını artıqlamasıyla aldılar, alırlar və alacaqlar da...".

Tramp İranla cəmi beş ay hərbi münaqaişədə olduqlarını və buna ABŞ-ın bəzi media orqanlaırnın  yanaşmasını da qəbul etmədiyini deyib: "Bu müharibəni keçmişdə  Vyetnam və ya Əfqanıstan müharibələri ilə müqayisə etmək səhvdir".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR