QHT sədri: “Beynəlxalq qrantlar hesabına səhiyyə sahəsindəki dövlət xərclərinin bir hissəsi optimallaşdırılır”
CƏMİYYƏT
31.07.2026, 21:35
Azərbaycanda Qlobal Fondun (QF) İİV/QİÇS-lə mübarizə proqramları səhiyyə sisteminin gücləndirilməsi, yoluxucu xəstəliklərə qarşı profilaktika və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.
Mia.az xəbər verir ki, bu proqramlar ölkədə dərman təminatı, erkən diaqnostika və həssas qrupların dəstəklənməsinə birbaşa şərait yaradır.
Bununla bağlı Mia.az-a danışan “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, İİV/QİÇS-ə nəzarət ölkəmizdə virusun yayılmasının qarşısının alınması, profilaktik yoxlamalar və pasiyentlərin zəruri preparatlarla təmin olunması istiqamətində işləri özündə əks etdirir.
QHT sədrinin sözlərinə görə, sistemin dayanıqlığı, bu sahədə potensialın artırılması da layihələrin prioritetidi: buraya tibb işçilərinin maarifləndirilməsi və laboratoriya imkanlarının müasir standartlara uyğunlaşdırılması daxildi: “Sosial dəstək komponenti, həssas əhali qrupları arasında maarifləndirmə və tibbi xidmətlərə çıxışın asanlaşdırılması bu fəaliyyəti daha əlçatan edir. Proqramın əsas məqsədləri sırasında həmçinin antiretrovirus (ARV) terapiyasına çıxış var və virusun anadan uşağa keçməsinin qarşısı alınır”.
Z.Mustafayeva onu da əlavə edir ki, QF layihələrində səhiyyə sisteminin gücləndirilməsinin əsasında laboratoriya şəbəkəsinə dəstək dayanır: “Bu illər ərzində regional laboratoriyalar müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Kadr potensialı gücləndirilib. Tibb mütəxəssisləri üçün beynəlxalq protokollar üzrə mütəmadi təlimlər keçirilib. Artıq ölkəmizdə pasiyentlərin rəqəmsal izləməsi mövcuddu: xəstəliklərin statistikasını dəqiq aparmaq üçün elektron qeydiyyat sistemləri qurulub və risk qrupuna daxil olan şəxslər pulsuz profilaktika və psixoloji dəstək xidmətləri ilə təmin olunur. Bu, həm də ölkə büdcəsinə qənaət hesabına baş verir, beynəlxalq qrantlar hesabına səhiyyə sahəsindəki dövlət xərclərinin bir hissəsi optimallaşdırılır”.
QHT sədrinin sözlərinə görə, ölkəmizin QF qarşısında həm də donor statusu var: “Azərbaycan beynəlxalq həmrəyliyin bir parçası olaraq Qlobal Fondun ümumi büdcəsinin artırılması missiyasına qoşulub və Qlobal Fondun "Altıncı Resurs Artımı" kampaniyası çərçivəsində 20 milyon ABŞ dolları həcmində rəsmi ölkə töhfəsi bəyan edib. Bu zaman birgə maliyyələşdirmənin bəzi prinsipləri həyata keçirilib: proqramların dayanıqlılığını təmin etmək məqsədilə dərman preparatlarının və xidmətlərin maliyyə yükü tədricən dövlət büdcəsi (Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) üzərinə keçirilir”.
Qeyd edək ki, "İİV/QİÇS-ə Qarşı Milli Cavab Tədbirlərinin Gücləndirilməsi Layihəsi" yüksək riskli qruplar arasında profilaktika, könüllü müayinə və testləşdirmə, həmçinin xəstələrin ömürlük Antiretrovirus (ARV) terapiyası ilə fasiləsiz təminatını əhatə edir. Səhiyyə Nazirliyinin nəzdindəki Layihə Əlaqələndirmə Bürosu (LƏB) vasitəsilə tibbi satınalmaların, logistikanın və sağlamlıq məhsullarının beynəlxalq standartlara uyğun idarə edilməsi təmin olunur. Layihələr ölkənin bütün iqtisadi zonalarını əhatə edir:
- Qeyri-hökumət təşkilatları (QHT) və vətəndaş cəmiyyəti institutları Qlobal Fondun Azərbaycandakı proqramlarının icrasında əvəzolunmaz tərəfdaşlar hesab olunur. Dövlət qurumlarının (Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi) strateji fəaliyyəti fonunda, QHT-lər birbaşa "sahədə" (field work) ən çətin və riskli qruplarla işləyir.
- Azərbaycanda Qlobal Fond layihələrində QHT tərəfdaşlığının əsas mahiyyəti və funksiyaları nədən ibarətdir?
- Bu, bir neçə istiqamətə bölünür: Autric (Outreach) xidmətləri, etibarlı mühitin yaradılması, hüquq-mühafizə və ya tibb müəssisələrinə müraciət etməkdən çəkinən həssas əhali qrupları (məsələn, inyeksion narkotik istifadəçiləri, seks işçiləri və s.) üçün QHT təmsilçilərinə və "həmyaşıd" (peer) məsləhətçilərinə daha çox etibar edən “dost qrupları”nın yaradılması və s. Həmçinin QHT-lər Qlobal Fondun dəstəyilə bu qruplara steril tibbi ləvazimatlar, infeksiyadan qorunma vasitələri və maarifləndirici broşürlər çatdırır. Layihələrin ən böyük istiqaməti ekspres testləşdirmə və tibb müəssisələrinə yönləndirmələr, anonim yoxlanışlardı. Səyyar (mobil) klinikalarda İİV, Hepatit B və C viruslarına qarşı anonim sürətli testlər aparılır. Müalicəyə inteqrasiya və sadiqliyin təminatı da vacibdi. Testin nəticəsi pozitiv çıxan şəxslər QHT sosial işçiləri tərəfindən psixoloji olaraq hazırlanır və müalicəyə (Antiretrovirus terapiyasına) başlamaq üçün rəsmi dövlət mərkəzlərinə müşayiət olunur.
- Bu virusla yaşayan insanlara psixososial dəstək var?
- Onlara göstərilən psixososial dəstək əslində müalicəyə sadiqlik kimi çox əhəmiyyətli bir işin qarantiyası ola bilər. Çünki vərəm və ya İİV müalicəsi uzunmüddətli (bəzən ömürlük) və ağır olduğu üçün pasiyentlər bəzən depressiyaya düşür və dərman qəbulunu dayandırır. QHT-lərin “bərabər məsləhətçi”lərinin təşviqi bu problemi həll edir.
- Risk qrupları tez-tez stiqma və ayrı-seçkiliklə üz-üzə qalır. Bununla mübarizə mümkündürmü?
- Cəmiyyətdə bu xəstəliklərdən əziyyət çəkən şəxslərə mənfi yanaşmaların aradan qaldırılması üçün son illərdə bir sıra tədbirlər görülüb, çağırışlar edilib. QHT-lər hüquqi və sosial müdafiə kampaniyaları təşkil edib. Amma bu halı tamamilə aradan qaldırmaq mümkün deyil.
C.Musaoğlu
Ma.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zaur İsmayılov bu komandanın baş məşqçisi təyin olundu
Bugün, 10:40 İDMAN
-
Bölgələrdə yağış yağır
Bugün, 10:27 GÜNDƏM
-
“Ana oturub uşağının yanında qəlyan çəkir, bu uşaqın aqibəti necə olacaq?" - İqbal Ağzadə
Bugün, 10:00 SİYASƏT
-
"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Müğənnilər Damla ilə İradə arasında qalmaqal
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Bəhram Bağırzadədən kuryerə gözlənilməz jest: "Sür, get"
Bugün, 00:02 ŞOU-BİZNES
-
Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırılıb
15.08.2026, 23:49 SİYASƏT
-
Ölümcül virusa yoluxan türkiyəli jurnalist vəsiyyətini açıqladı: "Belə öləcəyimi heç vaxt düşünməzdim" - VİDEO
15.08.2026, 19:52 PRESS
-
VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN... - Deputat yazır
15.08.2026, 19:26 YAZARLAR
-
Zakir Həsənovun ən gənc müavini: o, kimdir ki?
15.08.2026, 18:49 CƏMİYYƏT
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
15.08.2026, 18:19 İDMAN
-
Müğənni Pəriyar Məmmədova döyüldü: "Alnım şişib, gözümün altı göyərib"
15.08.2026, 17:44 FOTOQALERİYA
-
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama
15.08.2026, 17:00 GÜNDƏM
-
Deputatın oğlu MİT-ə qəbul olundu
15.08.2026, 16:40 SİYASƏT
-
Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
15.08.2026, 14:15 GÜNDƏM
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
15.08.2026, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
15.08.2026, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
15.08.2026, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
15.08.2026, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
15.08.2026, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
15.08.2026, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
15.08.2026, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
15.08.2026, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
15.08.2026, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
15.08.2026, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15.08.2026, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT