“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTOLAR
CƏMİYYƏT
31.07.2026, 13:27
“Nar”ın dəstəyi ilə həyata keçirilən “Bütün Vücudlar Danışır” sosial layihəsi inklüzivliklə bağlı maarifləndirməni yeni formatda davam etdirir.
Mia.az xəbər verir ki, “DanceAbility Azerbaijan” tərəfindən icra olunan layihə çərçivəsində icma üzvlərinin real həyat təcrübələri illüstrasiyalı hekayələr vasitəsilə ictimaiyyətə təqdim olunur.
Bu formatda paylaşılmış ilk hekayə eşitmə məhdudiyyəti olan və əmək fəaliyyətinə yeni başlayan Nərgizin həyat təcrübəsinə əsaslanır. Bu yanaşma qısa mətn və aydın illüstrasiyalar vasitəsilə inklüzivliyə dair müxtəlif mövzuları əlçatan şəkildə çatdıraraq bu sahədə məlumatlılığın artırılmasına töhfə verir.
Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan və olmayan şəxslərin birgə iştirakını təşviq etmək, inklüziv icmanı gücləndirmək və əlillik mövzusunda ictimai məlumatlılığı artırmaqdır. 2025-ci ilin dekabr ayından etibarən davam edən layihədə indiyədək 238 nəfər iştirak edib. Onlardan 51 nəfəri əlilliyi olan, 187 nəfəri isə əlilliyi olmayan şəxslərdir. Layihə çərçivəsində rəqs məşğələləri, icma görüşləri, master-klaslar və müxtəlif birgə fəaliyyətlər təşkil olunur. İştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə və ya “WhatsApp” üzərindən (+994772828880) əlaqə saxlaya bilərlər.
"Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin inkişafını, bərabər imkanların yaradılmasını və hər kəsin cəmiyyət həyatında fəal iştirakını dəstəkləyir. “Bütün Vücudlar Danışır” layihəsinə göstərilən dəstək də bu istiqamətdə həyata keçirilən təşəbbüslərin tərkib hissəsidir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.





Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri - TƏHLİL
Bugün, 23:38 SİYASƏT
-
Şamaxı Muay Tay klubuna direktor və Baş məşqçi təyin olunub - FOTO
Bugün, 23:21 İDMAN
-
Bakı Neft Terminalı ərazisindəki yanğın söndürüldü - VİDEO (Yenilənib )
Bugün, 19:12 GÜNDƏM
-
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Bugün, 18:04 GÜNDƏM
-
Çingiz Əlioğlu vəfat etdi - Nazirlik açıqlama yaydı (Yenilənib)
Bugün, 14:35 MƏDƏNİYYƏT
-
Bakıda magistral yolda qaçan cins atlar kimindir? - VİDEO
Bugün, 12:28 CƏMİYYƏT
-
Sabah hava yağışlı olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
İlham Əliyev Sinqapurun prezidentinə məktub göndərib - MƏTN
Bugün, 11:19 GÜNDƏM
-
Daha iki vəkil həbs olunub
Bugün, 09:55 KRİMİNAL
-
Xocavənddə buldozer minaya düşüb
08.08.2026, 21:07 GÜNDƏM
-
PREZİDENT İLHAM ƏLİYEVLƏ TRAMP TELEFONDA DANIŞDI: nələr müzakirə olunub?
08.08.2026, 19:42 GÜNDƏM
-
İrandan ölkəmizə PUA ilə göndərilən narkotik... - Saxlanılanlar var + VİDEO
08.08.2026, 18:11 KRİMİNAL
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
08.08.2026, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
08.08.2026, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
08.08.2026, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
08.08.2026, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
08.08.2026, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
08.08.2026, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
08.08.2026, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
08.08.2026, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
08.08.2026, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
08.08.2026, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
08.08.2026, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
08.08.2026, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
08.08.2026, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
08.08.2026, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
08.08.2026, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR