Əli Əsədovun müşavirinin bankında dəyişiklik - Bir əcnəbi getdi, digəri gəldi

Əli Əsədovun müşavirinin bankında dəyişiklik - Bir əcnəbi getdi, digəri gəldi

İQTİSADİYYAT

31.07.2026, 23:57

“Bank Respublika” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik edilib.

Mia.az Banker.-az istinadla xəbər verir ki, bundan əvvəl Audit Komitəsinin sədri vəzifəsini icra edən Mainhardt Johannes bu vəzifədən ayrılıb. Onun yerinə Audit Komitəsinin sədri Akmalov Shavkat Nigmatullayevich təyin edilib.

Eyni zamanda, komitənin tərkibində də dəyişikliklər baş verib. Şmidt İrina Kimovna Audit Komitəsinin üzvü seçilib. Bundan əvvəl komitənin üzvü olan Abasov Elmar Aydın oğlu isə Audit Komitəsinin müstəqil kənar üzvü statusunu alıb.

Xatırlaadq ki, bu bankın sahibi Mərkəzi bankın sabiq sədri, hazırda baş naziri Əli Əsədovun müşaviri işləyən Elman Rüstəmovun olduğu haqda mətbuatda çoxsaylı yazılar yazılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR