RƏSMİ BAKIDAN FRANSA XİN-in BƏYANATINA ETİRAZ: "...qətiyyətlə rədd edirik"
SİYASƏT
30.07.2026, 20:14
"Rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və Azərbaycana qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edir".
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına münasibətdə deyib.
Onun sözlərinə görə, Martin Rayan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib: "Apellyasiya instansiyasının qərarı da Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir. Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, "əsassız saxlanılma" və "ədalətsiz məhkəmə araşdırması" ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan qanunvericiliyi və ölkənin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir".
Rəsmi Bakı Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 29-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
Bugün, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
Bugün, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
Bugün, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
Bugün, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
Bugün, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
Bugün, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
Bugün, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
Bugün, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
Bugün, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
Bugün, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
Bugün, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
Bugün, 15:10 DÜNYA
-
Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO
Bugün, 14:59 KRİMİNAL
-
SOCAR-ın BORCU: hansı qurumlara nə qədərdir? - Maliyyə hesabatı + SİYAHI
Bugün, 14:53 İQTİSADİYYAT
-
Sərhəd Qoşunları komandanı vəzifədən azad edildi - DSX rəisinə yeni müavin gətirildi
Bugün, 14:32 GÜNDƏM
-
Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - VİDEO
Bugün, 14:14 ŞOU-BİZNES
-
YÜKSƏK BAL TOPLAYANLARIN SAYI ARTIB: "Onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək"
Bugün, 14:07 CƏMİYYƏT
-
"WhatsApp"da doğmaların adıyla dələduzluq halları artıb, DİN xəbərdarlıq edir: "Dərhal inanmayın"
Bugün, 13:53 GÜNDƏM
-
"Dövlət auditi" informasiya sistemi yaradıldı - Yeni fərman + DETALLAR
Bugün, 13:49 GÜNDƏM
-
Hesablama Palatasına yeni səlahiyyətlər verildi - Prezident daha üç qanuna dəyişiklik etdi
Bugün, 13:49 İQTİSADİYYAT
-
Prezident Kənd Təsərrüfatı Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:30 GÜNDƏM
-
Partiya sədrindən döyülən deputatla bağlı açıqlama: "Bu rəzillik qəbuledilməzdir"
Bugün, 13:16 SİYASƏT
-
İcra başçısını təhqir edən şəxs həbs olundu - Təfərrüat
Bugün, 13:04 CƏMİYYƏT
-
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Bugün, 12:58 CƏMİYYƏT
-
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə
Bugün, 12:51 İQTİSADİYYAT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
"Bir qocaman sənətkar kimi ən böyük arzum..." - “Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki..."
Bugün, 12:04 MƏDƏNİYYƏT
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT
-
Kamran Əsədov məhkəmədə: "Onlara qarşı tədbir görün"
Bugün, 11:26 CƏMİYYƏT