BÖLGƏ YENİDƏN ALOVLANDI: ABŞ və Səudiyyə İraqı, İran isə...

BÖLGƏ YENİDƏN ALOVLANDI: ABŞ və Səudiyyə İraqı, İran isə...

GÜNDƏM

Bugün, 10:09

ABŞ Prezidenti Donald Trampın İrana iyulun 12-dən başladılan növbəti hücumları dayandırdığını elan etməsindən sonrakı beş gecəlik atəşkəs yenidən pozulub.

Mia.az xarici mətbuata istuinadla xəbər verir ki,  İran İordaniyadakı ABŞ bazasını və Mərkəzi Silahlı Qüvvələrin Komandanlığını (CENTCEM) ballistik raketlərlə hədəf aldığını, həmçinin Hörmüz boğazında üç neft tankerini vurduğunu bəyan edib.

İran İnqilab Keşikçiləri Korpusundan (SEBAH) bildirilib ki, qeyd edilən hədəflərə çoxsaylı ballistik raketlərlə zərbə endiriblər: "ABŞ ordusunun aqressiv hərəkətlərinə cavab olaraq, əks hücum həyata keçirilib. İrana qarşı təhdidlər və ölkəmizin maraqlarına qarşı düşmənçilik hərəkətləri davam etdikcə, dayanmayacağıq".

ABŞ ordusu isə İranın Yaxın Şərqdəki ABŞ qüvvələrinə hücumunu gözlənilməz adlandırb və bildirilib ki, atılan çoxsaylı ballistik raketlər havada zərərsizləşdirilib.

CENTCOM-dan yayılan məlumatda o da qeyd edilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən Səudiyyə Ərəbistanındakı ABŞ qüvvələrinə və enerji infrastrukturuna hücuma cavab olaraq, İraqdakı silahlı şiı qüvvələrinə zərbə endirilib:  "İranın hücumuna cavab olaraq, ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı  Həşd əl-Şəabi milislərinə qarşı birgə hava hücumu təşkil edib. Döyüş təyyarələrimiz İraqın şərqindəki qruplara məxsus logistika mərkəzləri və silah anbarlarını vurub".

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Turki əl-Maliki də hücumu təsdiqləyib: "Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri 27 iyul və dünən ölkənin Şərq bölgəsində və Ər-Riyadda neft obyektlərini hədəf almağa cəhd edən çoxsaylı pilotsuz təyyarələri zərərsizləşdirib. Bu hücumlar İraq ərazisindən İranpərəst milislər tərəfindən həyata keçirildiyi üçün Səudiyyə Ərəbistanı özünü  müdafiə etmək hüququndan istifadə edib. Ər-Riyad hökuməti gələcəkdə də cavab vermək hüququnu özündə saxlayır".

O, Səudiyyə Ərəbistanının eskalasiya axtarmadığını və ölkəsinə qarşı edilən hər hansı bir hücuma cavab verəcəyini vurğulayıb.

"Həşdi Şabi" qruplaşması isə ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin İraqın müxtəlif yerlərində həyata keçirdiyi hücumlarda 8 nəfərin öldüyünü açıqlayıb: "4 yaralımız var. Bu hücum İraqın suverenliyinin pozulması deməkdir və cavabımız olacaq..."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR