Ali məktəblərə ixtisas seçimi: nə vaxt başlayır?

Ali məktəblərə ixtisas seçimi: nə vaxt başlayır?

GÜNDƏM

Bugün, 09:43

Ali təhsil müəssisələrinə ixtisas seçiminə avqustun 10-dan sonra başlanacaq.

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərin sualına cavabda deyib.

O bildirib ki, yaxın üç gün ərzində imtahanlarla bağlı apellyasiya müraciətləri qəbul ediləcək: "Daha sonra müraciətlər emal olunacaq. Paralel olaraq qabiliyyət imtahanları davam edəcək. Əksər qabiliyyət imtahanları yaxın üç gündə yekunlaşacaq. Lakin idman istiqaməti üzrə qabiliyyət imtahanları avqustun 7-dək davam edəcək və həmin tarixdə tam başa çatacaq. Bundan sonra əsas mərhələ olan ixtisas seçimi prosesi başlayacaq".

O, daha sonra keçid ballarında ciddi dəyişiklik gözlənilmədiyini də sözlərinə əlavə edib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR