ABŞ Bolqarıstanda yeni hərbi baza qurur – "Risk var, lakin..."

ABŞ Bolqarıstanda yeni hərbi baza qurur – \"Risk var, lakin...\"

DÜNYA

Bugün, 09:50

Bolqarıstan ABŞ-a ölkəsində yeni hərbi qurmağa icazə verir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ötən gün Bolqarıstan Parlamentinin Müdafiə Komitəsi qanun layihəsini təsdiqləyib.

Məlumata görə, qanun layihəsi plenara iclasda, daha sonra isə ölkə başçısı tərəfindən təsdiqlənərsə, ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarına dəstək məqsədiylə Bezmer Hava Bazasına 8 KC-135 yanacaq doldurma təyyarəsi və 250 amerikalı hərbçi yerləşdiriləcək.

İddiaya görə, məslə iyulun 24-dək öz təsdiqini tapacaq: “Bununla da Amerika hərbçiləri 24 iyuldan bazaya yerləşməyə başalyacaq…”

Bolqarıstan parlamentindən bildirilib ki, hərbi kəşfiyyatın hazırladığı təhlilə görə, ABŞ hərbçilərinin ölkəyə yerləşdirilməsində bəzi risklər var, lakin Bolqarıstanın milli təhlükəsizliyinə birbaşa təhdid yoxdur:

“Yerləşdirmə 2006-cı ildə Bolqarıstan və ABŞ arasında imzalanmış Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində həyata keçiriləcək və ABŞ-ın tələbində əməliyyat ərazisi kimi "Yaxın Şərq" termini daxil edilib. Lakin Bolqarıstan bu əməliyyatda hərbi qüvvə, hərbi texnika ilə iştirak etməyəcək”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR