"Sevindirici haldır ki, mediamız öz fəaliyyətini..." - Hikmət Hacıyev
GÜNDƏM
22.07.2026, 11:38
"Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək".
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü ilə bağlı paylaşımında yazıb.
Hikmət Hacıyev xatırladıb ki, bu gün cəmiyyət Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir:
"1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəyə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb6
Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".
Dünyada və regionda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir
Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Bugün, 12:58 CƏMİYYƏT
-
SOCAR maliyyə hesabatını açıqladı - Ötən ilin...
Bugün, 12:53 İQTİSADİYYAT
-
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə
Bugün, 12:51 İQTİSADİYYAT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
"Bir qocaman sənətkar kimi ən böyük arzum..." - “Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki..."
Bugün, 12:04 MƏDƏNİYYƏT
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT
-
Kamran Əsədov məhkəmədə: "Onlara qarşı tədbir görün"
Bugün, 11:26 CƏMİYYƏT
-
Kəmaləddin Heydərovun bəstələdiyi mahnılar... - Onları kim oxuyub? + VİDEOLAR
Bugün, 11:18 MƏDƏNİYYƏT
-
Rusiya ordusu Ukraynanın iri şəhərlərini bombaladı: ölən və yaralananlar var
Bugün, 10:58 GÜNDƏM
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı (Yenilənib)
Bugün, 10:46 GÜNDƏM
-
Kolleclərə qəbulun nəticələri elan olunub
Bugün, 10:45 GÜNDƏM
-
“Global Media”nın əməkdaşı vəfat edib
Bugün, 10:37 PRESS
-
Mübariz Tağıyevdən “Yeni ulduz”un bərpa iddiasına reaksiya:: "SMS ilə müğənni seçmək bir az çətin məsələdir" - Onlara ürəyim ağrıyırdı”
Bugün, 10:24 MƏDƏNİYYƏT
-
Bu rayonlarda yağış yağır - SİYAHI
Bugün, 10:14 GÜNDƏM
-
İstefa verən deputat iqtidar partiyasına üzv olur: "Bəli, AKP-yə qatılacam"
Bugün, 10:05 GÜNDƏM
-
Rəsmi Bakı: "Pakistan, Müstəqillik Günün mübarək!"
Bugün, 09:59 SİYASƏT
-
Azərbaycan nefti ucuzlaşdı - 1.5 dollar
Bugün, 09:42 İQTİSADİYYAT
-
Enes Ünal "Xetafe"yə qayıtdı
Bugün, 09:28 İDMAN
-
Xankəndi şəhərinə daha 102 nəfər köçürülüb
Bugün, 09:17 GÜNDƏM
-
İrfan Can Eğribayat "Gənclərbirliyi"nə transfer oldu
Bugün, 09:12 İDMAN
-
"Beşiktaş" Duşan Vlahoviçlə 3 illik müqavilə imzaladı
Bugün, 09:01 İDMAN
-
Mənsur Yavaş İYİ Partiyaya keçir? - AÇIQLAMALAR
Bugün, 00:17 SİYASƏT
-
"Trabzonspor"un Avroliqadakı rəqibi müəyyənləşib
Bugün, 00:09 İDMAN
-
SEPAH: "Hörmüz boğazı tam nəzarətimizdədir"
Bugün, 00:04 DÜNYA
-
Daha bir müxalif deputat partiyasından istefa verdi - Türkiyədə
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Avropa Liqası: "Beşiktaş" pley-off mərhələsinə yüksəldi
13.08.2026, 23:23 İDMAN
-
Konfrans Liqası: "Qarabağ" Kiyev komandasına qalib gəldi - (Yenilənib)
13.08.2026, 22:02 İDMAN
-
XİN: "Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir"
13.08.2026, 21:58 GÜNDƏM
-
Biləsuvarda 44 yaşlı şəxs öldürülüb
13.08.2026, 21:01 KRİMİNAL
-
Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO
13.08.2026, 19:09 SİYASƏT
-
Türkiyəli iki kriminal lider tutuldu - Gürcüstanda + FOTO
13.08.2026, 18:53 KRİMİNAL