Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

SİYASƏT

Bugün, 17:23

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə iyulun 22-dən start veriləcək.

Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək təşkil olunacaq.

Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.

Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Şəxsi səhifənizi mütəmadi olaraq izləməyiniz tövsiyə olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR