CHP-nin “Kölgə kabineti”nin “vuran əl”i də istefa verdi

CHP-nin “Kölgə kabineti”nin “vuran əl”i də istefa verdi  

SİYASƏT

Bugün, 17:09

Özgür Özəlin bu gün istefa qərarından sonra CH-nin “Kölgə kabineti”ndəki “daxili işlər naziri” postunu tutan İzmirdən deputat Murat Bakan da partiyadan ayrıldığını elan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, bəyanat yayıb.

Bəyanatda bu ayrılığın onun üçün nə qədər çətin olduğunu bildirən deputat bəyan edib: "Mən Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdim. Məhəllə nümayəndəsi, əyalət nümayəndəsi, qurultay nümayəndəsi və parlament üzvü idim. Mən CHP-nin ilkin seçkilərindən sonra ortaya çıxan parlament üzvüyəm. Kölgə Kabinetində sədr müavini, Partiya Şurasının üzvü və Daxili İşlər Naziri oldum. Anam üzvdür, atam üzvdür, həyat yoldaşım üzvdür, oğlum üzvdür; qayınanam, qayınatam üzvdür... Ailəmdə Cümhuriyyət Xalq Partiyasının üzvü olmayan bir nəfər də yoxdur. Bu, ailəm üçün çox çətindir. Bu, mənim üçün çox çətindir. Qərarım siyasi həyatımın sonu deyil, yeni bir başlanğıcdır. Atatürkün prinsiplərindən yayınmayacağıq”.

Hazırkı CHP rəhbərliyini sərt tənqid edən Murat Bakan Özgür Özelin rəhbərliyi altında yeni partiya ilə hakimiyyətə doğru yürüdüklərii də sözlərinə əlavə edib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR