Prezident İlham Əliyevlə Almaniya Kansleri bir araya gəldi: yeni sənədlər imzalandı, birgə şura yaradıldı - Berlində (Yenilənir)

Prezident İlham Əliyevlə Almaniya Kansleri bir araya gəldi: yeni sənədlər imzalandı, birgə şura yaradıldı - Berlində (Yenilənir)

GÜNDƏM

Bugün, 16:20

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

***

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyın Federal Kansleri Fridrix Merts Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannaməni imzalayıblar.

***

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

***

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.

Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşü keçirilibr.

***

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Almaniyanın Kansleri Fridrix Merts dövlət başçısını qarşıladı.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verdi.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR