ABŞ TEHRAN və TƏBRİZİ DƏ VURDU – Müharibənin sərhədi genişlənir

ABŞ TEHRAN və TƏBRİZİ DƏ VURDU – Müharibənin sərhədi genişlənir  

GÜNDƏM

Bugün, 09:49

ABŞ-ın İrana hücumu günü gündən genişlənir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə ABŞ ordusu İranın paytaxtı Tehran da daxil olmaqla bir çox şəhərini bombalayıb.

Məlumata əsasən, Tehranda çoxsaylı hərbi nöqtələrin və strateji ərazilərin hədəf alınıb: “Nəticədə paytaxt Tehranda bir çox yerlərdə güclü partlayışlar baş verib…”

Məlumatda o da deyilir ki, Amerika qüvvələri Tehranla yanaşı, Təbriz, Mahşəhr, Behbehan, Çabahar, Qunarak, Sirik, Buşehr, Kangavar və digər şəhərləri də vurur: “Bu da o deməkdir ki, müharibə artıq Hörmüz boğazı ətrafındakı şəhərlərdən İranın daha dərinliklərinə doğru “fevral müharibəsi”ndə olduğu kimi genişlənib”.

İran mediası yazır ki, qeyd edilən bölgələrdəki itkilər hazırda dəqiqləşdirilir.

Xəbərə görə, İran ordusu da bu hücumlara cavab olaraq, ABŞ-ın bölgədəki bir sıra bazalarına zərbələr endirib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR