Zeydan Karalar: “CHP-dən ayrılmayacam”  

Zeydan Karalar: “CHP-dən ayrılmayacam”  

SİYASƏT

Bugün, 10:45

Barəsində cinayət işi açıldığı üçün türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Adana Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Zeydan Karalar CHP-dəki mövqeyini aydınlaşdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Özgür Özəlin quracağını açıqladığı yeni partiyaya qoşulmayacağını bildirib.

Onun sözlərinə görə, 54 ildir CHP üzvlüyünü şərəflə daşıyır: “Hər zaman da CHP-də qalacağam. 54 ildir CHP üzvüyəm. partiyanın başında kimin durması məni maraqlandırmır. Mübarizə Atatürkün iki böyük əsərindən biri olan CHP-də davam etməlidir".

Xatırladaq ki, altı aydan çox həbsdən sonra azadlığa buraxılan Karalar azadlığa buraxılmasında göstərdiyi dəstəyə görə Özgür Özelə dəfələrlə təşəkkür etmişdi.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR