Türkiyədə nəhəng çəyirtkə xofu: qorxuludurmu?

Türkiyədə nəhəng çəyirtkə xofu: qorxuludurmu?  

DÜNYA

Bugün, 11:12

Son günlərdə Türkiyənin bir çox çəhərlərində sürü halında peyda olan iri çəyirtkələrin hətta evlərndə “soxulması” böyük narahatlıq yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, nəhəng həşaratlar bir çox bölgədə görünsə də, bu, kənd təsərrüfatı istehsalına təhlükə deyil: “Balkanlardan və ya Afrikadan gələn sürülərin əkin sahələri və ya yaşıllıq ərazilərə ziyan verməsi halı aşkarlanmayıb. İstanbulda müəyyən edilən növ isə əksinə, kənd təsərrüfatı zərərvericiləri ilə qidalanan və bioloji tarazlığa töhfə verən Ağüzlü Kol Çəyirtkəsidir (Decticus albifrons). Yəni, hər hansı bir narahatlığa əsas yoxdur”.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR