BAKIDA AVROPA VƏ RUSİYA ARASINDA GİZLİ GÖRÜŞ: bu, nədən xəbər verir? - "Berlinə gəlməzdən öncə Sərhəd Xidmətindən məlumat istədim..."
GÜNDƏM
22.07.2026, 08:36
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Mia.az xəbər verir ki, mətbuat konfransında bütün dünyanın diqqətini çəkən çox maraqlı gizli görüşdən söhbət açılıb.
Belə ki, "Deutsche Welle"dən Roman Qonçarenkonun aşağıdakı sualı və ona liderlərin cavabından belə görünür ki, Bakıda Rusiya ilə Avropa arasına çox məxfi görüş olub. Görüşdə nələrin müzakirə edildiyi bəlli olmasa da, Almaniya kanslerinin danışıq aparan digər tərəf kimi, ölkə rəsmilərinin Bakıdakı təmasından xəbərsiz olmasını etiraf etməsi və "bu məlumatı burada eşitdim" deməsi heyrət doğurmaya bilməz.
Burada, əslində, iki nüans var:
1. Kansler Ukrayna ilə müharibənin qızğın çağında gizli görüşdən bixəbər olduğunu qəsdən göstərməklə, özünün və ölkəsinin Avropa İttifaqı daxilindəki etibarını sığortalayır;
2. Kanslerin daxildəki gizli rəqibəri Bakıda məxfi görüş barədə ölkə rəhbərliyini məlumatlandırmayıblar;
Əlbəttə, gizli görüşün bu hissəsi Almaniya ictimaiyyətini maraqlandıran məsələdir.
Azərbaycana gəldikdə isə bütün hallarda bu cür görüşlərin Bakıda keçirilməsinin ölkəmizin sabit, təhlükəsiz və ən mühümü tərəflər arasında neytral dövlət kimi öz etibarını qorumasından qaynaqlandığını söyləyə bilərik...
Daha geniş şərhə getmədən Roman Qonçarenkonun suialı və liderlərin ona cavabının aktuallığını nəzərə alaraq, olduğu kimi ayrıca təqdim edirik:
- Sualım Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlıdır. Cənab Federal Kansler, bir neçə gün əvvəl alman mediası yazmışdı ki, Bakıda qeyri-rəsmi alman-rus görüşü baş tutub. Həmçinin qeyd olunur ki, hökumət koalisiyasında olan partiyaların keçmiş yüksəkrütbəli siyasətçiləri görüşdə iştirak edib. Həmin görüşün nəticəsi barədə heç bir məlumat verilməyib. Bununla bağlı burada Berlində ekspertlər arasında iki rəy var. Bəziləri söyləyirlər ki, bu cür görüşlər pərdəarxası olaraq faydalıdır və heç bir ziyan vura bilməz. Digərləri onları tənqid edir və mübahisələndirirlər ki, həmin görüşlər əks nəticə verə bilər. Çünki onlar Rusiyaya zəiflik haqqında işarə göndərə bilərlər. Buna necə baxırsınız?
Bir sualım da Prezidentədir. Cənab Prezident, Siz bu yaxınlarda bildirdiniz ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər yenidən tam normallaşıb. Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Siz Rusiya Prezidenti Vladimir Putinə nə tövsiyə edərdiniz? Sağ olun.
Kansler Fridrix Merts: Mən buna çox sadə cavab verə bilərəm. Bu cür görüş haqqında mənim məlumatım yoxdur. Aylar ərzində biz Prezident Putini danışıqlara başlamaq üçün inandırmağa çalışdıq. Avropa səviyyəsində Ukrayna ilə birgə müzakirələr üçün təklifləri dəfələrlə irəli sürmüşük. Prezident Putin bu cür danışıqlarda iştirakdan imtina edir. Buna görə mən, əfsuslar olsun ki, son 14 ay ərzində söylədiklərimi yenə və yenə təkrar edirəm.
Bu müharibəni bitirmək yalnız Rusiya hökuməti və Rusiya Prezidenti ilə bağlıdır. Danışıqlara getmək və lazım gələrsə, sülh danışıqlarına başlamaq yalnız ondan asılıdır. O, bundan imtina etməkdə davam edir. Nə qədər davam edərsə, Rusiya təcavüzü qarşısında Ukraynaya həyat uğrunda mübarizədə dəstək verməkdən başqa seçim yoxdur. Biz bunu edəcəyik. Biz bunu Avropa səviyyəsində əlaqələndirərək edəcəyik. Mən həmin müharibə, onun səbəbləri, gedişatı və mümkün sonu ilə bağlı oxşar mövqeyini bizimlə bölüşdüyünə görə Prezident Əliyevə olduqca minnətdaram. Bunu elə indicə bildirdim.
Prezident İlham Əliyev: Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz "The Times" qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, "The Times" qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, - birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, - cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq.
O ki qaldı ikinci suala, bilirsiniz, mən o vaxt məsləhət verirəm ki, bu məsləhət məndən xahiş edilir. Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin.
F.ƏHMƏD,
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Prezident İlham Əliyev müharibəni qazandı, lakin o, həm də sülhü qazandı!” - Hikmət Hacıyev + VİDEO
Bugün, 14:50 GÜNDƏM
-
Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Bugün, 14:45 CƏMİYYƏT
-
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
Bugün, 13:58 SİYASƏT
-
PAŞİNYAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Bugün, 12:32 GÜNDƏM
-
Xəzərdə boğulan 16 yaşlı uşağın meyiti tapıldı
Bugün, 12:14 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:07 CƏMİYYƏT
-
"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var" - Blogerin bacısı kürəkəninin ölümündən yazdı
Bugün, 11:45 CƏMİYYƏT
-
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
Bugün, 11:01 GÜNDƏM
-
Xocavənddə traktor minaya düşüb
Bugün, 10:49 GÜNDƏM
-
Ağdaşda İTV əməkdaşlarına hücum edildi – Həmin anın VİDEOSU
Bugün, 10:47 PRESS
-
Gəncədə vəkilin qardaşı öldürülüb - TƏFƏRRÜAT
Bugün, 10:43 KRİMİNAL
-
Azərbaycanın diplomatik zəfəri: Vaşinqton bəyannaməsi nələri dəyişdi?
Bugün, 10:28 SİYASƏT
-
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
Bugün, 10:03 İQTİSADİYYAT
-
Paşinyan: "Yaxın vaxtlarda TRIPP-in icrasına başlayacağıq" - "Bu, böyük regional və beynəlxalq hadisə olacaq"
Bugün, 09:51 GÜNDƏM
-
Rəsmi Bakı Gürcüstanla bağlı bəyanat yaydı
Bugün, 09:12 SİYASƏT
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM
-
"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"
07.08.2026, 17:45 MƏDƏNİYYƏT
-
AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
07.08.2026, 17:33 İQTİSADİYYAT
-
Yeni Partiya bu partiyanın qərargahına köçür - Aylıq 4 milyon tl kirayə haqqı var
07.08.2026, 17:18 DÜNYA
-
Mətbuat katibi: "ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir..."
07.08.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
07.08.2026, 17:00 İQTİSADİYYAT
-
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
07.08.2026, 16:55 SİYASƏT
-
Həftəsonu güclü külək əsəcək - Xəbərdarlıq
07.08.2026, 16:20 GÜNDƏM
-
Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: "Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki..."
07.08.2026, 16:11 İDMAN
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticəsi: 543 nəfər məqbul qiymət aldı
07.08.2026, 15:56 PRESS
-
Mikayıl Cabbarov: "Kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb"
07.08.2026, 15:43 İQTİSADİYYAT
-
"Səbail" futbol klubu Qubanı təmsil edəcək
07.08.2026, 15:34 İDMAN