İran Parlamentinin sədri ABŞ-ın ölkəni parçalamaq istədiyini deyir: “Böyük müharibəyə hazır olmalı, ölümünə mübarizə aparmalıyıq”

İran Parlamentinin sədri ABŞ-ın ölkəni parçalamaq istədiyini deyir: “Böyük müharibəyə hazır olmalı, ölümünə mübarizə aparmalıyıq”  

DÜNYA

Bugün, 10:02

"Biz həmişə böyük müharibəyə hazır olmalıyıq və lazım gələrsə, təhlükəsizliyimizi və milli maraqlarımızı qorumaq üçün ölümə qədər mübarizə aparmalıyıq. Bununla yanaşı, milli maraqlarımıza nail olmaq və onları möhkəmləndirmək üçün diplomatiya və danışıqlar vasitələrindən də istifadə etməliyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

Onun iddiasına əsasən, AB-la İranın mövcudluğu uğrunda mübarizə aparırlar: “Vaşinqtonun məqsədi İran İslam Respublikasını məhv etmək və ölkəni parçalamaqdır”

Hərbi metodlar və diplomatiya arasında harmoniya olmalı olduğunu bildirən Qalibafın sözlərinə görə, danışıqlar prosesindən də imtina etmək fikridə deyillər: “Biz danışıqları hər zaman üstün tuturuq. Ancaq dəfələrlə qeyd etdiyim kimi, danışıqlar təslim olmaq demək deyil".

Spiker hazırda Hörmüz ətrafında cərəyan edən müharibəyə də toxunub: “ABŞ və İsraillə 12 günlük müharibədən fərqli olaraq, 40 günlük müharibə zamanı Hörmüz boğazının bağlanması da İranın süveren haqlarını qorumaq planıdır. Bu gün milli təhlükəsizliyimiz Hörmüz boğazında İran nizamını qorumaqdan və ticarət gəmilərinin bu su yolundan təhlükəsiz və zərərsiz keçməsini təmin etməkdən asılıdır. Bu keçid İranın təhlükəsizliyinə töhfə verəcək".

Keçmiş lider Əli Xameneinin ölümünün qisasını mütləq alacaqlarını bildirən Qalibaf xalqı birliyə də çağırıb: “Bu, indi çox vacibdir”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR