Mauro İkardi “Qalatasaray”la yollarını ayırdı

Mauro İkardi “Qalatasaray”la yollarını ayırdı  

İDMAN

Bugün, 12:33

“Qalatasaray”da dörd mövsüm keçirənvə tarix yazan argentinalı hücumçu Mauro İkardi klubla vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2022-2023 mövsümünün əvvəlində PSJ-dən icarə əsasında İstanbula gələn İkardi uğurlu çıxışından sonra 2023-cü ilin yayında 10 milyon avro transfer haqqı müqabilində “Qalatasaray”a bağlanmışdı.

Məlumata görə, “Qalatasaray”ın ona 4 milyon avro sabit maaş və 1_1 illik müqavilə təklifinə yox” deyən argentinalıı hücumçu bir neçə klubla danışıqlar aparır: “Məhz bu səbəbdən İstanbul klubu onunla yolları rəsmən ayırıb”

Onu da qeyd edək ki, İkardi “Qalatasaray” forması ilə 4 Super Liqa titulu, bir Türkiyə Kuboku və bir Super Kubokunu qazanıb. O, ümumilikdə 134 matçda 77 qol vurub.

Fərid

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR