Flora Kərimovanın qızı yayılan xəbərə reaksiya: "Hazırda yaxşıdır, dincəlir"

Flora Kərimovanın qızı yayılan xəbərə reaksiya: \"Hazırda yaxşıdır, dincəlir\"

MƏDƏNİYYƏT

Bugün, 12:31

Bu gün səhər saatlarında Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib.

Məlumata görə, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.
F. Kərimovanın qızı Zümrüd Axşam.az-a açıqlamasında anasının vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.
"Hazırda yaxşıdır. Dincəlir. İnşallah, daha da yaxşı olacaq" deyə, Zümrüd əlavə edib.
Qeyd edək ki, 84 yaşlı Flora Kərimovanın bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR