Avropa Komissiyası Kiprin Şengen zonasına daxil olmaq üçün texniki hazırlığını təsdiqləyib

Avropa Komissiyası Kiprin Şengen zonasına daxil olmaq üçün texniki hazırlığını təsdiqləyib

DÜNYA

Bugün, 14:54

Avropa Komissiyası Kiprin Şengen zonasına qoşulmaq üzrə texniki hazırlığını müsbət qiymətləndirib, lakin qoşulma müddəti ilə bağlı yekun qərar Avropa İttifaqına (Aİ) üzv dövlətlərin ixtiyarında qalır.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gün qəbul edilmiş 2025–2026-cı illər üçün Şengen üzrə hesabatda Kiprlə bağlı müsbət rəy yer alıb.

Sənəd artıq Aİ Şurasına və Avropa Parlamentinə göndərilib, rəsmi olaraq isə sentyabrda üzv dövlətlərin nazirlərinə təqdim ediləcək. Bundan sonra Aİ Şurası Kiprin nə vaxt və hansı şərtlərlə Şengen zonasının tamhüquqlu iştirakçısı ola biləcəyi ilə bağlı qərar qəbul edəcək.

"Kiprin Şengen zonasına tam qoşulması Şengen əməkdaşlığının əsasında dayanan vahid qaydalar, standartlar və birgə məsuliyyət ümumi sistemini gücləndirəcək", - Lammert deyib./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR