ABŞ İranı, İran isə Körfəz ölkələrini vurur – Müharibə davam edir

ABŞ İranı, İran isə Körfəz ölkələrini vurur – Müharibə davam edir  

GÜNDƏM

Bugün, 09:06

ABŞ ordusu ötən gecədən başlayaraq səhərə qədər İran hərbi hədəflərinə qarşı növbəti hücum planını həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mərkəzi Ordu Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Qeyd edilib ki, bu hücumla İrandakı bəzi hərbi komandanlıq mərkəzlərini, hava hücumundan müdafiə sistemləri, raket və dron istehsal obyektləri və sahil müşahidə obyektləri məhv edilib”

CENTCOM-dan bildirilib ki, əməliyyatda bir çox strateji əhəmiyyətli hədəflər dəqiq idarə olunan silahlarla vurulub.

Rəsmi Tehran isə ABŞ-ın gecə hücuma elə gecəylə cavab verib.

İran ordusundan bildirilib ki, ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə cavab zərbələri endirilib.

Qeyd edilib ki, İordaniya, Bəhreyn və Küveytdəki Amerika bazalarına ağır zərbələr endirilib.

Bəhreyn Müdafiə Nazirliyi ölkənin yeni hücumlara məruz qaldığını açıqlayıb və gecəylə əhali təhlükəsiz ərazilərə sığınmağa çağırılıb.

Küveyt ordusu da ölkənin dron hücumuna məruz qaldığını təsdiqləyib: “Hava hava hücumundan müdafiə sistemlərimiz dronları havada zərərsizləşdirib”.

İordaniyada isə ABŞ hərbi rabitə sistemləri və yanacaq saxlama obyektləri vurulub.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR