İrana yenidən zərbə endirilir – Bölgələrdə güclü partlayışlar baş verir

İrana yenidən zərbə endirilir – Bölgələrdə güclü partlayışlar baş verir

GÜNDƏM

Bugün, 00:07

ABŞ ordusu İrana qarşı növbəti hücum dalğasına start verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)az əvvəl bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, əməliyyat lobal ticarət üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazından sərbəst keçən gəmilərə təhlükə yaradan İranın hərbi imkanlarını məhv etməkdir: "ABŞ ordusu Baş Komandanın göstərişi ilə İranı cəzalandırmaqda davam edir”

Bəyanatdan bir neçə dəqiqə sonra isə İran mediası Əhvaz, Çabahar, Rask və Bəndər Abbasda güclü partlayışların baş verdiyini yazıb.

Hörmüzqan əyalətinin rəhbərliyi isə Bəndər Abbasa hücumlarının azı 4 raket zərbəsi endirildiyini təsdiqləyib: “Hücum davam edir. Təfərrüatlar haqda az sonra informasiya veriləcək”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR